Yuxarı

Türkiyə Suriyada necə gücləndi? – General

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə Suriyada necə gücləndi? – General

Suriyada beynəlxalq konfiqurasiyanın dəyişməsi, xüsusilə Rusiya-Ukrayna müharibəsi, İsrailin İrana vurduğu ziyanlar və İranın Suriyadakı uzantılarının təsirsiz hala gətirilməsi sayəsində Suriya müxalifəti hərəkətə keçdi və bəzi bölgələr uğurla ələ keçirildi. Suriya müxalifəti dediyimiz təxminən on qrupa bölünür. Bu qruplardan ən təsirliləri “Heyət Təhrir əş-Şam” (HTŞ) və Suriya Milli Ordusudur. Həyata keçirilən hücumlar nəticəsində Hələb, Tel-Rifat, Həma - yaxın günlərdə böyük ehtimalla Xüms də bura daxil olacaq - bölgələrində nəzarət yenidən Suriya müxalifətinin əlinə keçib. Təxminən 9 ildir ki, bu ərazilər Əsəd rejimi və PKK/YPG-nin nəzarətində idi.

Bu sözləri Axar.az-a Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz Suriyada hadislərin necə inkişaf edəcəyini şərh edərkən deyib.

Onun sözlərinə görə, bölgədə qeyri-sabit vəziyyətin hələ bir müddət qalma ehtimalı narahatlıq yaradır:

“Bu, qısamüddətli dövrdə sevindirici görünsə də, orta və uzunmüddətli perspektivdə bölgədə qeyri-sabitliyi artıracaq. Çünki hər müharibədən və mübarizədən sonra bir qənimət paylaşımı prosesi olur və bu dövrdə ciddi problemlər yarana bilər. Çünki bu qruplardan HTŞ həm ABŞ, həm Avropa, həm də Türkiyənin terror siyahısındadır. Bu vəziyyətə gəlinməsinin əsas səbəblərindən biri Astana prosesinin düzgün işləməməsidir. Bu çərçivədə İran, Rusiya və Türkiyənin xarici işlər nazirlərinin bir araya gəlməsi bir qədər gecikmiş təsir metodudur. Bunun çox fayda gətirəcəyini düşünmürəm. Bu bölgə köç və yeni münaqişələri ilə birlikdə yenidən risk və təhdidlər daşıyır. Bu səbəbdən Türkiyə üçün Suriyanın bütövlüyü vacibdir”.

Tarix
2024.12.07 / 09:09
Müəllif
Aytac, Vüsalə
Digər xəbərlər

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

Azərbaycan buna sadiqdir! - XİN-dən açıqlama

Putin bu türk ölkəsini işğal etmək istəyir - Zelenski

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla