Yuxarı

Kreml Qarabağa dair yeni planlar cızır – Politoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq Ermənistanda Qarabağ prosesi ilə bağlı bir sıra yeni problemlər yaranıb, hiss olunur ki, İrəvanın arxasında dayanan Rusiyada müəyyən planlar cızılır.

Bu barədə Axar.az-a açıqlamasında politoloq Fikrət Sadıqov danışıb. Politoloq Ermənistanın böyük təşviş içərisində olduğunu deyib:

"İrəvanda hakimiyyətə qarşı narazılıq mitinqlərindən sonra ermənilər müəyyən siyasi dairələrə sübut etmək istəyirlər ki, guya nəyəsə qadirdilər və Azərbaycana qarşı müqavimət göstərə bilərlər. Bir neçə gündür cəbhədəki aktivlikləri də məhz bundan qaynaqlanır. Ermənistan hazırda çox yanlış bir istiqamət götürüb. Çünki onların zərbələrinə Azərbaycan ikiqat cavab verir. Artıq Ermənistan tərəfində proseslə bağlı bir sıra yeni problemlər yaranıb, hiss olunur ki, İrəvanın arxasında dayanan Rusiyada müəyyən planlar cızılır. Bir müddət öncə ilin sonuna qədər beş rayonun qaytarılması ilə əlaqədar ortaya atılan ehtimallar heç də təsadüfi deyildi. Görünür, Rusiya tərəfindən təzyiqlə üzləşəcəklərini bildiklərindən Azərbaycana qarşı təxribatlarla müəyyən nəticə əldə etməyə çalışırlar. Məncə, Qarabağ məsələsi ilə bağlı aparıcı dövlətlərlə ciddi müzakirələr aparılır. Artıq hansısa addımların atılması qaçılmazdır. Çünki Azərbaycan hərbi potensialı ilə başa saldı ki, Qarabağla bağlı nəinki Ermənistan, Rusiya ilə də razılaşmayacaq. Buna görə də indi hansısa çıxış yolları axtarmaqdadırlar".

Tarix
2016.05.01 / 10:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Birbaşa sülh danışıqları Cənubi Qafqazda... - Bayramov

4 kəndin geri qaytarılması regionda... - Yıldız

Əli Xamenei azərbaycanlı milyarderi əfv etdi

Ermənilər qorxuda: Almatı danışıqlarının arxasındakı ölkə...

Doha Bəyannaməsi qəbul edildi: 4 kəndin qaytarılması, sülh...

Bayramov Qətərin baş naziri ilə görüşdü

253 azərbaycanlı Ermənistana aparılıb - Səmədov

Makron geri çağırdığı səfiri niyə Bakıya qaytardı? - İsti şərh

Almatı Bəyannaməsində sərhəd varmı? - Tam mətn

Türk ordusu bu ölkəyə girir: 300 km en, 40 km dərinlik…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla