Yuxarı

Xameneinin Türkiyədə gözləntisi: ümid edir...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xameneinin Türkiyədə gözləntisi: ümid edir...

İranın dini lideri Əli Xamenei Suriya prezidenti Əsədin devrilməsinə görə üç ölkəni günahlandırıb. Əsas diqqətçəkən məqam bu üç ölkədən ikisinin – ABŞ və İsrail – adını açıqlaması, üçüncüsünü isə “Suriyaya qonşu olan ölkə” adlandırmasıdır.

Axar.az xəbər verir ki. bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.

O bildirib ki, Əli Xameneinin Türkiyəni nəzərdə tutduğu məlumdur:

“Ankara daha öncə Dəməşqə görüşün keçirilməsi, müxalifətlə sülh danışıqlarının başlanması və qaçqınların geri qayıdışına şəraitin yaradılması təklifini versə də, Əsəd bundan yayındı. İstisna deyil ki, Əsədin Ərdoğanla görüşdən imtina etməsində İranın da təsiri olub. Hərçənd, Suriyada İran-Rusiya və ABŞ-İsrail cəbhəsi arasında balansı təmin edən Ankaranın Əsəd məsələsində ikincilərlə birlikdə olması hakimiyyət dəyişikliyi və Tehranın strateji itkisi ilə nəticələndi.

Bunun fonunda Xameneinin Türkiyənin adını çəkməməsi Tehranın hazırda möhtac olduğu Ankara ilə körpüləri tamamilə yandırmamaq istəyindən qaynaqlanır. Çünki Türkiyə Suriyada hələ də balansı dəyişə biləcək rolunu saxlayır. İranda ümid edirlər ki, Ankara PYD/YPG məsələsində Vaşinqton-Təl-Əviv cəbhəsi ilə tərs düşəcəyi təqdirdə Tehranla yenidən yaxınlaşa, bu da onlara Suriyada müqavimət gücünü Türkiyə vasitəsilə saxlamaq, itirdiklərini müəyyən qədər kompensasiya etmək imkanı verə bilər”.

Tarix
2024.12.11 / 14:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan məktəblərində hicab qadağası... - Saakaşvili

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Fələstinin erməni əsilli XİN rəhbəri Bakıya gəlir

Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq... - Prezident

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat...

Prezidentlərin geniş tərkibdə görüşü oldu

Paşinyan: Azərbaycanla sülh “təməl daşı” olacaq

Prezidentlərin təkbətək görüşü oldu

Laos prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi - Foto

Musayev erməni qadını niyə vurduğunu açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla