Yuxarı

Bakı üçün tarixi şans yarandı: bu əraziyə girəcək - Melkonyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı üçün tarixi şans yarandı: bu əraziyə girəcək - Melkonyan

Türkiyənin Suriyada böyük uğur əldə etməsi, regional güc olaraq imkanlarını genişləndirməsinin Cənubi Qafqaza sirayət edəcəyini düşünən erməni siyasətçi və ekspertlərinin “narahatlıqları” davam edir.

Axar.az xəbər verir ki, bütün şərhlərdə əsas diqqət mərkəzi Zəngəzur dəhlizinin açılmasıdır. Erməni politoloqlar hesab edir ki, Azərbaycanın qarşısında artıq bu məsələdə heç bir maneə qalmayıb.

Bu istiqamətdə daha bir şərh politoloq Sergey Melkonyandan gəlib. O da bildirib ki, Zəngəzur dəhlizini açmaq məqsədi ilə Azərbaycanın Ermənistana hücum ehtimalı getdikcə artır.

O, Azərbaycan Ordusunun İran qüvvələri ilə hərbi təlim keçirməsini belə bunun “sübutlar”ından biri kimi göstərib – halbuki erməni politoloqlar hər zaman Zəngəzur dəhlizinin açılmasında əsas maneənin Tehran olduğunu vurğulayırlar.

Melkonyanın fikrincə, Azərbaycan bu təlimi keçirməklə, İrana “ona qarşı heç bir hərəkəti olmadığını” göstərmək istəyib.

Geosiyasi vəziyyətə gəlincə, ekspert iddia edib ki, Rusiya və İranın regionda rolu azalıb, Türkiyənin isə artıb və bu, Azərbaycan üçün “tarixi imkanlar” açır.

Tarix
2024.12.18 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla