Yuxarı

Prezident onları “yalançı dördlük” adlandırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident onları “yalançı dördlük” adlandırdı

Prezident İlham Əliyev müxtəlif Qərb media orqanlarında Azərbaycanın “petrostate” adlandırılması məsələsinə toxunub.

Axar.az xəbər verir ki, dövlət başçısı bununla bağlı “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib.

“Bizdə neft hasilatı cəmi 30 milyon civarındadır. Bu ölkənin (ABŞ - red.) qonşusu, - mən Kanadanı nəzərdə tuturdum, - bizdəkindən 10 dəfə artıq neft hasil edirsə və bizi “petrostate” adlandırırsa, bu ədalətsizlikdir. Amma bu feyk xəbərlər qrupu, - yeri gəlmişkən, bu, mənim ifadəm deyil, sadəcə, Prezident Trampdan əxz etmişəm və bu, mənim çox xoşuma gəlir, - zənnimcə, çox hərtərəfli və olduqca ünvanlıdır. Onları adlandırdığımız kimi, “yalançı dördlük” – “Vaşinqton Post”, “Nyu York Tayms”, “Fiqaro” və “Le Monde”. Bax bu dördlük Dövlət Departamentinin himayəsindəki müxtəlif qeyri-hökumət təşkilatları ilə birlikdə qərəzli kampaniyaya başladılar, hər gün hücum edirdilər”, - Prezident vurğulayıb.

Dövlət başçısı bu kimi media orqanlarında hər gün yayımlanan məqalələrin sayının minimum 20-dən çox olduğunu deyib:

“Bu, çətinlik yaratmadı, amma, sadəcə, ikrah hissi doğurdu. Əlbəttə ki, nəticə əldə etmək çətin idi, çünki biz bu sahədə qlobal aktor deyilik. Qlobal qaz emissiyasında Azərbaycanın payı 0,1 faizdir. Halbuki ABŞ-da bu, 12%, Avropa İttifaqında daha çoxdur”.

Tarix
2024.12.18 / 14:59
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan MTX-dən hərbçimizlə bağlı yayılan məlumata reaksiya

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

DTX-dən xəbərdarlıq: Süni intellektlə dələduzluq... - Video

DOST Agentliyinin Müşahidə Şurası iclas keçirdi

AB Şurasının üzvləri Şuşada - Foto

Bunlar dünyanın iki supergücüdür, üçüncüsü yoxdur!

Bu halda III Zəfər Tağı İrəvanda ucaldıacaqdı

Bizə qarşı olan bir zərbəyə 10 zərbə qaytarırıq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla