Yuxarı

Sərksiyan ölkəsini o günə hazırlayır – Analitik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərksiyan ölkəsini o günə hazırlayır – Analitik

Son zamanlar Sərkisyanın Petrosyanla məsləhətləşmələr aparması və əzəli düşmənlər arasındakı bu yaxınlaşma, əslində, vaxtilə Azərbaycanla mümkün kimi görünən razılaşmanın məqamları ilə də bağlı ola bilər.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. Onun sözlərinə görə, Sərkisyan hazırda nəinki baş verənlər, hətta yaxın gələcəkdə olacaqlarla bağlı məsuliyyəti tək bölüşmək istəmir:

"Petrosyanla görüşün arxasında da məhz bu amil dayanır. Maraqlı nüans odur ki, Levon Ter-Petrosyan məhz Azərbaycanla razılaşma reallaşacağı zaman çevrilişlə hakimiyyətdən salındı və həmin vaxt iqtidara gələn komandanın tərkibində hazırkı prezident də var idi. Son zamanlar Sərkisyanın Petrosyanla məsləhətləşmələr aparması və əzəli düşmənlər arasındakı bu yaxınlaşma əslində, vaxtilə Azərbaycanla mümkün kimi görünən razılaşmanın məqamları ilə də bağlı ola bilər. Ermine Naqdalyanın açıqlaması isə Ermənistanın mövcud siyasi rejimindən narazı olan daxili auditoriyanın nəbzini yoxlamaq kimi qiymətləndirilə bilər. Diqqət edin, buna paralel olaraq, Ermənistan Dağlıq Qarabağda kök salmış qondarma rejimin tanınması proseduruna da start verdi. Baxmayaraq ki, bu tanımanın özü də real görünmür və siyasi blef rolunu oynayır".

Qeyd edək ki, Ermənistanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri və parlamentin vitse-spikeri Ermine Naqdalyanın ötən gün dediyi "Beynəlxalq hüquq bizə Qarabağ ətrafı ərazilərə nəzarət etmək haqqı vermir" sözləri birmənalı qarşılanmır. Hakim komandanın təmsilçisinin belə bir ifadə işlətməsi Sərkisyan hakimiyyətinin Dağlıq Qarabağ ətrafındakı 7 rayonu işğaldan azad edəcəyinin anonsu kimi qəbul edilir.

Tarix
2016.05.04 / 11:50
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bu, hər bir ölkə üçün milli maraq məsələsidir - Prezident

Azərbaycanda vəzifəli şəxs istefa verdi

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

Ticarətin 70 faizdən çoxu Azərbaycanın payına düşür

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

Bakı və Sofiya arasında mühüm görüş

İlham Əliyev Leyenlə təkbətək görüşdü

ABŞ niyə Cənubi Qafqaza səfir göndərmir?

Buna görə Bakıdayam - Leyen

Leyen Azərbaycanda səfərdədir: Bayramov qarşıladı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla