Yuxarı

Elmar Məmmədyarov 7 ölkə ilə danışıqlar apardı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 4-də Praqada Vişeqrad Qrupu və Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilib.

Axar.az Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə iştirak edən Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov toplantı çərçivəsində Çexiyanın, Macarıstanın, Gürcüstanın, Moldovanın və Belarusun xarici işlər nazirləri, habelə İsveçin dövlət naziri və Niderland Krallığının xarici işlər nazirinin müavini ilə ikitərəfli görüşlər keçirib.

Bu görüşlərdə Ermənistan-Azərbaycan münaqişəsi, regional təhlükəsizlik məsələləri, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıq münasibətlərinin müxtəlif aspektləri müzakirə edilib. Çexiya və Macarıstan xarici siyasət idarələrinin rəhbərləri Aİ-Azərbaycan Strateji Tərəfdaşlıq Sazişinin layihəsini və ölkəmizi Vişeqrad Qrupu və Şərq Tərəfdaşlığı platforması çərçivəsində dəstəkləməyə hazır olduqlarını qeyd ediblər.

Tarix
2016.05.04 / 23:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla