Yuxarı

Təyyarənin qəzaya uğramasının səbəbi... - Bozumbayev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təyyarənin qəzaya uğramasının səbəbi... - Bozumbayev

Hazırda ilkin səbəbi müəyyən etmək mümkün deyil. Bunun üçün mütəxəssislər var. İşlər aparılacaq. O zaman səbəb dəqiq məlum olacaq.

Axar.az xəbər verir ki, bunu Qazaxıstan Baş nazirin müavini Kanat Bozumbayev Aktauda keçirilən brifinqdə Bakı-Qroznı reysi ilə uçan AZAL-a məxsus təyyarənin Aktau hava limanı yaxınlığında qəzaya uğraması haqda bildirib.

"İstintaq-əməliyyat qrupu yaradılıb. Mənimlə həm kriminalistlər, həm də bu cür hava hadisələrini araşdıran Aviasiya Administrasiyamızın ekspertləri gəlib. Onlar cinayət işi çərçivəsində bütün sübutları toplayacaq, zəruri ekspertiza aparacaqlar. Qara qutunun açılması və s. Əlbəttə ki, nəticələri dərc edəcəyik", - o qeyd edib.

Tarix
2024.12.25 / 22:52
Müəllif
Axar.az
Digər xəbərlər

Hikmət Hacıyev Kevin Hamiltonla görüşdü - Foto

Azərbaycan nümayəndələri Ermənistana gedəcək

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla