Yuxarı

Kadırov qardaşı oğlunu təltif etdi: AZAL təyyarəsi vurulduğu gün...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kadırov qardaşı oğlunu təltif etdi: AZAL təyyarəsi vurulduğu gün...

Çeçenistan lideri Ramzan Kadırov dekabrın 26-da Təhlükəsizlik Şurasının katibi vəzifəsini daşıyan qardaşı oğlu Həmzət Kadırovu “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı ilə təltif edib.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, Həmzət Kadırov dekabrın 25-də Çeçenistan səmasında Ukrayna PUA-larının vurulduğunu açıqlamışdı.

Onun təltif edilməsi Ukrayna PUA-larının vurulmasına görədir.

AZAL-ın təyyarəsi də məhz Çeçenistandakı hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Artıq bununla bağlı faktlar hökumətdəki mənbələr tərəfindən də təsdiq edilib və Azərbaycan Rusiyanın üzr istəməsini, cinayətkarların cəzalandırılmasını gözləyir.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Tarix
2024.12.27 / 11:35
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan İlham Əliyevə təşəkkür etdi

Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

Sabah Azərbaycanla Türkiyə arasında mühüm iclas keçiriləcək

Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər

İlham Əliyev Piterə gələ bilər - Peskov

Vardanyan Bakıda bu cür saxlanılır: şəraiti... - Video

Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video

Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi

Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla