Yuxarı

Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video

Bakıdan Qroznıya uçan AZAL-a məxsus “Embraer” təyyarəsinin Rusiya səmasında müdaxilədən sonra Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olan heyət üzvlərinin yaxınları Aktau şəhərinə gedib.

Axar.az xəbər verir ki, bu barədə Teleqraf-a Milli Qəhraman Hökumə Əliyevanın qardaşı Coşqun Nəsibli bildirib.

Dəhşətli qəzanın ildönümü ərəfəsində Aktauda qəza yerini ziyarət edənlər arasında milli qəhramanlar İqor Kşnyakin və Aleksandr Kalyaninovun yaxınları, o cümlədən hadisədə həlak olan bir neçə sərnişinin ailə üzvləri də olub.

"Ziyarətin təşkili üçün ölkəmizin Qazaxıstandakı konsulluğuna, AZAL-ın heyətinə təşəkkür edirik. İnşallah cənab prezidentin qətiyyəti sayəsində bu cinayətdə əli olanlar cəzalandırılacaq, ədalət bərqarar olacaq. Bizim yaramıza cinayətkar öz cəzasını tapanda su səpiləcək. Qazaxıstanda yaşayan soydaşlarımıza da dəstək üçün təşəkkür edirəm", - deyə C.Nəsibli bildirib.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzaya səbəb təyyarənin Qroznı səmasında HHM sistemi ilə hədəfə alınması olub. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

Tarix
2025.12.20 / 22:48
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla