Yuxarı

Şirin içkilər xərçəng riskini artırır

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şirin içkilər xərçəng riskini artırır

Şirin qazlı içkilərin tez-tez qəbul edilməsi yoğun bağırsaqda poliplərin yaranması və xərçəng riskinin artması ilə əlaqələndirilir.

Axar.az Milli.az-a istinadən məlumatına görə, rusiyalı onkoloq Sergey İvanov bildirib ki, bu tip içkilərin müntəzəm istifadəsi bağırsaqlara həddindən artıq fruktoza və sürətli karbohidratlar ötürür. Həkimin sözlərinə görə, fruktozanın bir hissəsi nazik bağırsaqda mənimsənilmir və birbaşa yoğun bağırsağa keçir.

O qeyd edib ki, bu proses bağırsaqda bakteriyaların balansını pozur:

"Yoğun bağırsağa düşən fruktoza bəzi bakteriyalar üçün əlverişli mühit yaradır, nəticədə isə bağırsaq hüceyrələrini qoruyan faydalı bakteriyaların sayı azalır".

Onkoloq qeyd edib ki, aparılan tədqiqatlar zamanı xroniki iltihabla əlaqəli bakteriya növlərinin artdığı, qoruyucu mexanizmləri dəstəkləyən mikroorqanizmlərin isə azaldığı müşahidə olunub. Sergey İvanov bu dəyişikliklərin uzunmüddətli dövrdə xərçəngin inkişafına zəmin yaradan zəncirvari prosesin bir hissəsi ola biləcəyini vurğulayıb.

Həkim mütəxəssislər tərəfindən qazlı, şəkərli içkilərin istehlakının məhdudlaşdırılmasının sağlamlıq baxımından vacib hesab edildiyini də əlavə edib.

Tarix
2025.12.22 / 01:55
Müəllif
Axar.az
Digər xəbərlər

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

Can Azərbaycana hücum edənlər... - Hulusi Kılıç

Prezident Anım Günü ilə bağlı videoçarx paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla