Yuxarı

Zelenskidən kəşfiyyata AZAL təyyarəsi ilə bağlı göstəriş!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenskidən kəşfiyyata AZAL təyyarəsi ilə bağlı göstəriş!

Ukrayna Prezidenti Vladimir Zelenski AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı kəşfiyyat məlumatlarının Azərbaycan tərəfinə çatdırılması barədə göstəriş verib.

Axar.az xəbər verir ki, bu barədə Zelenski axşam videomüraciətində deyib.

“Mən şübhə etmirəm ki, Azərbaycan Hava Yollarının təyyarəsinin qəzaya uğraması ilə bağlı tam həqiqəti müəyyən etmək mümkündür. Rusiya heç nəyi gizlədə bilməyəcək. Artıq partnyorlar bu işə cəlb edilib və Azərbaycan tam etibar edə bilər.

Ukrayna lazım olan bütün yardımı göstərəcək. Biz bu situasiyada Azərbaycanı dəstəkləməyə çağırırıq. MH-17 reysində olduğu kimi, bu faciə ilə bağlı cəfəngiyyatın dayandırılması üçün hər bir ölkəni Rusiyaya təzyiq etməyə səsləyirik.

Prezident İlham Əliyevlə söhbətimizdə (Zelenski bu gün Prezident İlham Əliyevə zəng edib – red.) təyyarəni Qazaxıstan ərazisinə çatdıran və 29 nəfəri xilas edən ekipajın qəhrəmanlığını qeyd etdik. Amma təəssüf ki, ölənlər çoxdur və bütün bunlara görə məsuliyyət olmalıdır - təyyarəni vuranların və Rusiyada bütün bunlara icazə verənlərin məsuliyyəti...

Bu gün baş verənlərlə və əlimizdə olan məlumatlarla bağlı kəşfiyyat hesabatını dinlədim. Bütün faktları tərəfdaşlara çatdırmağı tapşırdım”, - o bildirib.

Tarix
2024.12.28 / 23:10
Müəllif
Axar.az
Digər xəbərlər

"Azər", yoxsa "Azəri"? - Millət vəkilindən şərh

Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü

Kartda saxlanılan maaş və pensiyalara əlavə ödəniş...

Bu halda Azərbaycan soydaşlarını qorumaq üçün... - VP

Trampın Bakı ilə bağlı bu addımı İrəvanda diqqət çəkdi

Günay Ağamalı sədr seçildi

ABŞ İrana hücum edəcək? - Pol Qobldan mühüm proqnoz

Cəlalzadə Bakıda kimi hədələdi? - İranla bağlı təhlükə

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla