Yuxarı

Qarabağda ermənilərin pasportları əllərindən alınır və...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaricdən, xüsusilə Suriya, Livan, İraq, İrandan Dağlıq Qarabağa erməniləri aldadıb gətirirlər. Dağlıq Qarabağda yerləşdirilən həmin ermənilərin pasportlarını əllərindən alırlar və kişi cinsindən olanların hamısını məcburi səngərlərə göndərirlər.

Bu barədə Modern.az saytına açıqlamasında deputat Elman Məmmədov Dağlıq Qarabağa xaricdən gətirilib süni şəkildə yerləşdirilən ermənilər haqqında danışarkən deyib.

O söyləyib ki, aprel ayının əvvəlində baş verən döyüşlərdə Ermənistan tərəfi xaricdən gətirilib cəbhədə döyüşdürülən ermənilərin ölülər arasında sayını açıqlamadı:

"Aprel ayında baş verən hərbi əməliyyatlarda ermənilərdən 300 nəfərdən çox ölən var idi. Erməni mətbuatı ölən Ermənistan vətəndaşlarını sayını ayrı verdi, Dağlıq Qarabağdan olanları isə ayrı təqdim etdi.

Sayın tam olmamasının səbəbi isə Dağlıq Qarabağa xaricdən gətirilən və orada məcburi döyüşdürülən ermənilər idi. Ona görə də Ermənistan hökuməti xaricdən gətirilən erməniləri rəsmi olaraq statistikaya salmır".

Elman Məmmədov onu da bildirib ki, Dağlıq Qarabağda PKK-nın da təlim düşərgələri var: "Ermənilər onlardan da istifadə edirlər. Ermənilərə ev vermək, adlarına hesab açmaq, yaxşı həyat vəd edirlər. O ermənilər də hüquqsuz şəkildə əlacsız qalıb orada döyüşürlər. Nəticədə isə sənədsiz, sübutsuz şəkildə ölürlər.

Həmin ərazilərdən onların çıxışı çox məhduddur. İşğal altında olan ərazilərin dörd bir yanında hərbi postlar qurulub. Ona görə də xaricdən Dağlıq Qarabağa gətirilən ermənilər qul kimi istismar olunur".

Tarix
2016.05.07 / 11:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ səfiri Füzulidə - Foto

Robert Fiko Azərbaycana gəlir

Erməni xalqı müharibəni seçir? - Ekspert

Zəngəzura, Göyçəyə gedən yol - Üç mühüm ssenari…

Mayın 10-da Almatıda nələr müzakirə olunacaq?

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı - Video

Serj, Robert, banan Manukyan indi başqa sifətlə gəlir

Azərbaycanla müharibə etmək istəyirlər? - Simonyan

Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla