Yuxarı

İlham Əliyev federasiya prezidentini qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 7-də Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizeri qəbul edib.

Axar.az xəbər verir ki, Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş cüdo üzrə "Böyük dəbilqə" beynəlxalq turnirinin çox yaxşı təşkil olunduğunu deyən dövlətimizin başçısı son dövrlər idmançılarımızın müxtəlif yarışlarda qazandığı böyük uğurların önəmini qeyd edib.

Cüdo üzrə milli komandamızın bu yaxınlarda keçirilən Avropa çempionatında yüksək nəticələr əldə etdiyini xatırladan Prezident İlham Əliyev bu idman növünün Azərbaycanda populyarlığının getdikcə artdığını vruğuladı, ölkəmizin gələcəkdə beynəlxalq yarışlarda daha fəal və dinamik iştirak edəcəyinə ümidvar olduğunu deyib.

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Bakıda keçirilən cüdo üzrə "Böyük dəbilqə" beynəlxalq turnirinin yüksək səviyyədə təşkilindən məmnunluğunu ifadə etdi. Azərbaycanda cüdonun inkişafını daim dəstəklədiyini qeyd edən Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer ölkəmizin cüdo üzrə yığmasının yeni strategiya ilə yarışlarda daha yüksək fəallıqla iştirak edəcəyinə ümidvar olduğunu dedi. Marius Vizer 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında cüdo idmanı ilə bağlı aparılan hazırlıq işlərindən danışıb.

Beynəlxalq Cüdo Federasiyası ilə fəal tərəfdaşlıq əlaqələrinin davam etdirilməsinin vacibliyini vurğulayan dövlətimizin başçısı İlham Əliyev Marius Vizerin Federasiyasının prezidenti kimi ölkəmizə verdiyi dəstəyi yüksək qiymətləndirdi, bu istiqamətdə səylərinə görə ona minnətdarlığını bildirib.

Azərbaycanda idmana göstərilən qayğıdan danışan Prezident İlham Əliyev ölkəmizdə cüdonun zəngin ənənələrə malik olduğunu vurğuladı, bu idman növünün inkişafına xüsusi əhəmiyyət verildiyini qeyd etdi. Dövlətimizin başçısı idmançılarımızın dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında uğurla iştirak edəcəklərinə ümidvar olduğunu bildirib.

Tarix
2016.05.07 / 13:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla