Yuxarı

Aktaudakı təyyarə qəzası: Çin tədbirlərə başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aktaudakı təyyarə qəzası: Çin tədbirlərə başladı

Çin hakimiyyəti Azərbaycan Hava Yolları (AZAL) və Cənubi Koreyanın “Jeju Air” şirkətlərinə məxsus təyyarələrin qəzalarından sonra riskləri aradan qaldırmaq üçün ölkə daxilində əks tədbirlər görüb.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Çin Xalq Respublikasının Mülki Aviasiya İdarəsinin təhlükəsizlik üzrə direktoru Şu Minszyan deyib.

“Azərbaycan və Cənubi Koreyada baş vermiş son böyük aviasiya qəzaları ilə əlaqədar olaraq, Mülki Aviasiya İdarəsi hazırkı mərhələdə əsasən bir neçə istiqamətlərdə işləməyə başlayıb. Əvvəlcə, təcili cavab tələb edən təhlükəsizlik risklərinin qarşısının alınması üçün tədbirlərin məqsədyönlülüyü və effektivliyi artırılıb. Daha sonra idarə tərəfindən ölkə daxilində hava limanlarında yoxlamalar həyata keçirilib və müvafiq risklərə qarşı fəal şəkildə mübarizə aparmaq üçün enmə zolaqlarında təhlükəsizlik təhdidlərinin hərtərəfli müəyyən olunması təmin edilib”, - direktor bildirib.

Onun sözlərinə görə, qəzalara səbəb ola biləcək quşların hava limanlarının ərazisindən qovulmasına xüsusi diqqət yetirilir:

"Biz fövqəladə hallara cavab təlimlərini gücləndirəcəyik və cavab tədbirlərinin səmərəliliyini artıracağıq”.

Tarix
2025.01.03 / 15:06
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və İtaliya XİN rəhbərlərinin görüşü başladı

İrəvanın TRİPP-lə bağlı təminatları yetərli deyil

Prezident İtaliya Nazirlər Şurası sədrinin müavinini qəbul etdi

Batum sazişində Ermənistan ərazisi bu qədər idi

Paşinyan yeni Konstitusiya ilə bağlı xalqa müraciət etdi

Vyetnamla əlaqələr gələcəyə hesablanıb...

Uğurlarımızın təməlində dayanan fəlsəfə... - Prezident

Ermənistanda Konstitusiya layihəsi dərc olundu - Mühüm detal

Amerikalı nazir Zəngəzur dəhlizindən danışdı: İşə düşsə...

İtaliyanın XİN rəhbəri Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla