Yuxarı

"Heydər Əliyevin qarşısında quzuya dönmüşdü..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

1994-cü ildə Bişkekdə Qarabağ müharibəsi üzrə atəşkəs sənədinə qondarma "DQR"in də adının salındığını yəqin ki, çoxları bilir. Amma sonradan ermənilərin bu oyununun necə pozulduğu maraqlıdır.

Həmin dövrdə dövlət müşaviri olmuş politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında Heydər Əliyevin bu oyunu necə pozduğunu danışıb.

"Bişkekdə Azərbaycan tərəfindən Afiyəddin Cəlilov iştirak edirdi. Afiyyəddin oradan zəng etdi ki, sənədə Qarabağın da adını ayrıca salmaq istəyirlər. Heydər Əliyev ona imza atmadan dərhal geri qayıtmağı tapşırdı. O vaxt Minsk Qrupunun Rusiyadan olan həmsədri Kazimirov da Afiyəddinin arxasınca Bakıya gəldi. Heydər Əliyev Kazimirova "bu nə oyundur oynayırsınız" deyə təpindi. Bildirdi ki, atəşkəs Ermənistanla Azərbaycan arasında imzalanır, "Qarabağ respublikası" deyilən bir şey yoxdur, sənəddə yalnız Dağlıq Qarabağın Azərbaycan və erməni icmasının adı ola bilər. Kazimirov Heydər Əliyevin qarşısında quzuya dönmüşdü, axırda o, deyilənlərlə razılaşdı və "Baş üstə" deyə bildirdi. Azərbaycan tərəfi imzaları Bakıda atdı, Kazimirov sənədi Ermənistana apardı. Orada da imzalar atılandan sonra sənədin bir nüsxəsi Bakıya göndərildi. Beləliklə, ermənilərin ən çox istədiyi planın qarşısı alındı", - Q.Hüseynli bildirib.

Tarix
2016.05.10 / 14:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla