Yuxarı

Zaxarova təyyarə qəzasından danışdı: Lavrovun dediyi kimi...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zaxarova təyyarə qəzasından danışdı: Lavrovun dediyi kimi...

Azərbaycan təyyarəsinin qəzaya uğraması faciəsi ilə bağlı Rusiya ilə Azərbaycan arasında bütün səviyyələrdə təmas qurulub.

Axar.az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

O, Azərbaycanın təyyarəsinin qəzaya uğramasının Rusiya üçün də faciəvi hadisə olduğunu söyləyib:

“Prezidentlərimiz iki dəfə telefon danışığı aparıblar. Xarici işlər nazirlərimiz danışıblar. Çox vacibdir ki, istintaq orqanları sıx əməkdaşlıq edir. Rusiya XİN başçısı Sergey Lavrovun illik mətbuat konfransında qeyd etdiyi kimi, baş vermiş hadisənin bütün faktlar və faktorlar nəzərə alınaraq hərtərəfli təhlili aparılır”.

Rusiya XİN sözçüsü vurğulayıb ki, qəza ilə bağlı hamıya həqiqət lazımdır:

“Bizim hamımıza həqiqət lazımdır. Düşünürəm və inanıram ki, hər bir Azərbaycan vətəndaşına həqiqət lazımdır, deyə bilərəm ki, bu həqiqət heç bizim ölkəmizə də az lazım deyil. İndi bu həqiqəti axtarıb tapmaq üçün səyləri birləşdirmək vacibdir”.

Zaxarova KİV, messencerlər, sosial şəbəkələr vasitəsi ilə destruktiv məqsədlərlə istintaqın gedişatına kütləvi təsir cəhdlərinin müşahidə olunduğunu da söyləyib:

"Bunlardan biri şəbəkələrdə guya Sergey Lavrov adından Azərbaycan diplomatlarına ünvanlanmış məktubdur. Biz bunu təkzib etdik. Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, bu "feyk" pis olmayan ingilis dilində tərtib olunmuşdu. Bunun arxasında kim dayanır? Bu, kimə lazımdır? Düşünürəm ki, bu, Rusiya ilə Azərbaycan arasında olan müttəfiqlik münasibətlərinə zərbə vurmaq istəyənlərə, o cümlədən ümumavropa aviasiya logistikasını addım-addım məhv edənlərə lazımdır”.

Tarix
2025.01.16 / 17:41
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Rüstəmxanlı: Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla