Yuxarı

Böyük güclər yenidən Yaxın Şərqdə – Dünya savaşı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriya probleminin bu gün açılması müşkül olan bir düyünə çevrilməsinə təkan verən ən başlıca səbəb bu prosesdə maraqlı olan güclərdir.

Bu barədə Axar.az-a analitik Vüqar Zifəroğlu danışıb. O, açıqlamasında mayın 17-də Vyanada Suriya böhranına həsr olunan növbəti toplantıda hansısa konkret nəticələrin əldə olunmayacağını bildirib:

"Suriya problemi ilə bağlı hər hansı bir konsensus düşünüldüyü qədər asan deyil. Bunu hazırda ölkədə davam edən aktiv hərbi əməliyyatlar da sübut edir. İstər Əsədə bağlı qüvvələr, İranın SEPAH-ı, istərsə də Rusiya bu əməliyyatlarda son dərəcə aktiv iştirak edir. Müxalif qüvvələr də silahı yerə qoymaq niyyətində deyillər. Mayın 6-da Hələbin cənubunda Suriya hökumətinə qarşı döyüşən Nüsrə Cəbhəsi ilə İranın SEPAH birləşmələri arasında baş verən ciddi toqquşmada Xantumanın müxalif qüvvələrin nəzarətinə keçməsi buna əyani sübutdur. Başqa müxalif birləşmələr və İŞİD Suriyanın müxtəlif istiqmətlərində döyüşləri davam etdirirlər. Suriya məsələsi çoxdan bir ölkənin daxilində baş verən vətəndaş qarşıdurması çəriçivəsindən çıxıb. Diqqət edin, mayın 17-nə planlaşdırılan ABŞ-Rusiya görüşü ərəfəsində nələr baş verir? İran seçkilərdən sonra daha aktiv siyasi xəttə qayıdır, İraqda mövqelərini gücləndirir, eləcə də Suriyada Əsəd rejiminə siyasi və hərbi dəstəyini tam şəkildə davam etdirir. Digər tərəfdən, Türkiyə növbəti dəfə bölgədə baş verənlərlə bağlı Rusiyanı qınayan bəyanatlar verir və Suriya siyasətində Əsəd rejiminə münasibətdə barışmaz mövqe sərgiləyir. Ərəb koalisiyası - Yəmən, Bəhreyn, Suriya və İraq da tam mənada İranın və Suriyada Rusiyanın mövqelərini zəiflətməyə çalışırlar".

Analitikin sözlərinə görə, Suriyada son baş verənlər dünya müharibəsinin kiçik, yığcam xarakterli bir modelini xatırladır:

"İstər region ölkələri - Türkiyə, İran, İsrail, Səudiyə Ərərbistanı və Qətər, istərsə də bölgədə mövqelərini qorumağa çalışan güclər - ABŞ, Rusiya, Avropa ölkələri hadisələrə öz hədəfləri çərçivəsində baxırlar. Suriya probleminin bu gün açılmasının müşkül olan bir düyünə çevrilməsinin səbəbi də məhz budur. Bu ölkələrdən hər birinin özünəməxsus "Suriya həqiqətləri" var. Ona görə də düşünmürəm ki, indiki məqamda Suriya ilə bağlı hər hansı bir real nəticə əldə olunsun".

Tarix
2016.05.15 / 09:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bu gün Bakıda mühüm addım atıldı - Nazir

COP29-da tarixi qərar qəbul olundu

Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi

Azərbaycana rəsmi təşəkkür qətnaməsi qəbul olundu

İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

QNET istifadəçisindən rekord: 51 yaşında 20 dəfə ardıcıl salto…

COP29-un bağlanış iclası keçirilir - Canlı

Brandon Vu COP29-dan danışdı: Sərfəli olmayan razılaşmadansa...

Paşinyanın sülh istəyi: Bir aya saziş ola bilər?

İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla