Yuxarı

Orxan Əsgərovun ailəsi edam tələbini rəsmiləşdirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Orxan Əsgərovun ailəsi edam tələbini rəsmiləşdirdi

Oğlum Orxan Əsgərovun qatilinin edam olunması ilə bağlı mövqe və tələbimizdə heç bir dəyişiklik yoxdur. Artıq Azərbaycanın Baş Prokurorluğuna etibarnamə vermişik. Sənəddə qeyd etmişik ki, qatilin edam hökmü qisas qismində icra olunsun.

Axar.az xəbər verir ki, bunu Teleqraf.com-a açıqlamasında Azərbaycanın İrandakı səfirliyinə terror hücum zamanı həlak olan Orxan Əsgərovun atası Rizvan Əsgərov deyib.

Onun sözlərinə görə, sənədləri ötən ayın sonunda rəsmi qaydada Baş Prokurorluğa göndəriblər:

"Mən, həyat yoldaşım, digər oğlum, Orxanın həyat yoldaşı və qızı ərizə yazmışıq. Orxanın oğlu azyaşlıdır, onun hüquqlarını mən təmsil edirəm və onun da adından ərizə yazmışam. Notariat qaydada təsdiqlətdiyimiz ərizələrdə terrorçunun qisas qismində edam olunmasını tələb etmişik. Həmçinin Azərbaycanın Təbrizdəki Baş Konsulluğuna hər bir ailə üzvümüz ayrı-ayrılıqda etibarnamə yazmışıq ki, bütün hüquqi proseslərdə bizi təmsil etsinlər. Ola bilər ki, İran tərəfi hökmün icrası zamanı bizi çağırmasın. Etibarnamə, notariat sənədləri tərcümə edilərək İran hökümətinə təqdim olunacaq. Həmçinin etibarnamələrimiz Baş Konsulluğa çatdırılacaq. Ailə üzvülərimizin yazdığı ərizədə bir daha qeyd olunub ki, hücumu törədən terrorçu qisas qismində edam olunsun".

Xatırladaq ki, 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən İran vətəndaşı Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 2023-cü il fevralın 3-də Azərbaycan Prezidentinin sərəncamı ilə Orxan Əsgərov (ölümündən sonra) "Vətən uğrunda" medalı, Vasif Tağıyev 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, Mahir İmanov “Vətən uğrunda” medalı ilə təltif edilib.

İranın Ali Məhkəməsi qatil Y.Hüseynzadə barəsində çıxarılan edam hökmünü təsdiqləyib. Orxan Əsgərovun ailəsi onu əfv etmədiyinə görə hökm icra olunacaq.

Tarix
2025.02.03 / 21:05
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana daha 7 vaqon buğda göndərildi

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla