Yuxarı

Sübhaninin Zəngəzur dəhlizi iddiasına – Rusiyadan cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və İranın regionda nəqliyyat kommunikasiyalarının açılmasına yanaşmaları oxşardır.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İranın Ermənistandakı səfiri Mehdi Sübhaninin bəyanatını şərh edərkən deyib.

“Bu, 2025-ci il yanvarın 17-də Moskvada imzalanmış Rusiya və İran arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişdə təsdiqlənib. Tərəflər qonşu regionlarda, o cümlədən Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qorunmasına töhfə verirlər”, - Zaxarova bildirib.

Onun sözlərinə görə, yeganə fərq odur ki, Rusiya Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpası ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin iştirakı ilə üçtərəfli işçi qrupunun üzvüdür:

“Bu qrup çərçivəsində artıq həm hüquqi bazanın, həm də texniki parametrlərin əlaqələndirilməsi, Ermənistanla Azərbaycan arasında nəqliyyat marşrutlarının bərpası istiqamətində böyük işlər görülüb. Kommunikasiyaların blokdan çıxarılmasının əsas prinsipi dövlətlərin öz ərazisindən keçən marşrutlar üzərində suverenliyini və yurisdiksiyasını qorumaqdır. Bu şərt həm Bakı, həm də İrəvan tərəfindən bəyənilib. Təəssüf ki, erməni tərəfinin mövqeyinə görə qrupun işi dondurulub”.

O, Rusiyanın tam əməkdaşlığı bərpa etməyə hazır olduğunu vurğulayıb.

Qeyd edək ki, İran səfiri fevralın 6-da keçirdiyi mətbuat konfransında bildirmişdi ki, region ölkələri arasında yalnız İran Zəngəzur dəhlizi məsələsində Ermənistanın mövqeyini dəstəkləyir. Rusiyanın mövqeyi ilə bağlı o, deyib: “Başqa ölkələrin mövqeyini bizimki ilə müqayisə edin. Əgər onların mövqeyi bizimkinə uyğun gəlmirsə, deməli, bizdə ziddiyyətlər var. Bizim üçün milli maraqlarımız əsas rol oynayır, bunun üçün güzəştə gedə, sövdələşmə apara bilmərik”.

Tarix
2025.02.14 / 22:29
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Zəngəzur dəhlizini açmağa hazırdır - Erməni KİV

Trampın Rusiya və Çinə sensasion tələbi

Ukrayna savaşında Avropa zərbə aldı: qazanan isə odur!

İrəvan Bakıdan 4 dəfə çox ballistik raketi necə əldə edib?

Rusiya Cənubi Qafqaza qayıdır? – Bakı razı olsa...

170 azərbaycanlı işgəncələrlə öldürüldü

Bayramov Avropa Şurasının Baş katibi ilə görüşdü

Bayramov israilli həmkarı ilə Yaxın Şərqi müzakirə etdi

Erməniəsilli şəxslər necə saxlanılıb?

Ermənistan muzdlu döyüşçülərdən istifadə edib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla