Yuxarı

Bayramov israilli həmkarı ilə Yaxın Şərqi müzakirə etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov israilli həmkarı ilə Yaxın Şərqi müzakirə etdi

21:00

Fevralın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Münxen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində İsrail dövlətinin xarici işlər naziri Gideon Saar ilə görüşüb.

XİN-dən Axar.az-a bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan və İsrail arasında mövcud əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, regionda baş verən son hadisələr, habelə Qəzza zolağında vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Tərəflər Azərbaycan Respublikası və İsrail dövləti arasında təhlükəsizlik, yüksək texnologiyalar, aerokosmik sənaye, qarşılıqlı investisiyalar, enerji və digər sahələrdə əməkdaşlıq məsələlərini müzakirə edib.

Nazir Ceyhun Bayramov Qəzza zolağında əldə edilmiş atəşkəsin qorunmasının vacibliyini vurğulayıb.

Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2025.02.14 / 21:40
Müəllif
Axar.az
Digər xəbərlər

Məkkə Sazişi: İrana qarşı “sünni bloku”, yoxsa…

Ordumuz qədər dilimizdən də qorxurlar - Zahid Oruc

Rusiya İrəvana qarşı hərəkətə keçdi - Mirzoyan əsəbiləşdi

Türkiyə İranla hərbi ittifaqa girir? - Ekspert

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu ölkə Azərbaycana və Ermənistana kömək edəcək

Prezident İCESKO-nun baş direktorunu qəbul etdi

Ramil Həsən AKP rəsmisi ilə görüşdü

Azərbaycan üçün "arzulanmaz" Yıldırımın da ifadəsi alındı

Cənubi Qafqazda tamamilə yeni bir vəziyyət yaratdıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla