Yuxarı

Qarabağ probleminin həll edilməməsi... - Ərdoğan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Minsk Qrupunun Qarabağ problemini nizamlaya bilməməsini anlamıram.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu sözləri İslam Əməkdaşlıq Təşkilatının 14-15 aprel tarixlərində İstanbulda keçirilmiş XIII zirvə konfransından sonra İƏT baş katibi İyad Madani ilə keçirdiyi müştərək mətbuat konfransındakı çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

XIII zirvə konfransını İƏT-nin tarixində "dönüş nöqtəsi" kimi xarakterizə edən Ərdoğan əsas diqqət yetiriləcək məsələlər arasında Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi məsələsini xüsusi vurğulayıb.

"Azərbaycanlı qardaşlarımızın torpaqları uzun illərdən bəri erməni işğalı altındadır və mən Minsk Qrupunun (ABŞ, Rusiya, Fransa), BMT-nin Azərbaycanın lehinə qəbul etdiyi qərarlara baxmayaraq, 25 ildir ki Qarabağ problemini həll edə bilməməsini anlaya bilmirəm. Mən azərbaycanlı qardaşlarımızın Qarabağda apardıqları mübarizəni dəstəklədiyimizi təkrar ifadə edirəm", - deyə Türkiyə prezidenti qeyd edib.

"Bu məsələdə ciddi addımların atılmasının vacibliyini İslam Əməkdaşlıq Təşkilatı zirvə konfransının bu mətbuat açıqlamasında gündəmə gətirmiş oluruq", - deyə Ərdoğan qeyd edib.

Tarix
2016.05.24 / 21:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla