Yuxarı

Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasında...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Global Terrorism Index 2025” (GTI) hesabatı ilə dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanması təqdim edilib.

Axar.az xəbər verir ki, ərazisində terrorçuluq fəaliyyəti və terror təhlükəsi ən yüksək olan ölkələr arasında ilk 3 sıraya Burkina Faso (8.581), Pakistan (8.374) və Suriya (8.00) daxil edilib.

Qeyd olunan sıralamada İsrail (7.463) 8-ci, Rusiya (6.267) 16-cı, İran (6.056) 18-ci, Türkiyə (3.968) 32-ci, ABŞ (3.517) 34-cü, Fransa (2.712) 40-cı, Niderland (1.402) 60-cı, Norveç (1.198) 66-cı, Finlandiya və Yaponiya (0,949) 72-ci, Danimarka və Ermənistan (0.72) 79-cu, Avstriya və Cənubi Koreya (0.582) 82-ci, Latviya və Litva (0.423) 86-cı yerdə qərarlaşıb .

“Global Terrorism Index” (GTI) reytinq sıralanması indeksləri terror hadisələri, ölümlər, ağır nəticələr, girovlar, terrorçuluqla mübarizə, terrorçuluğun araşdırılması effektivliyi və digər çoxsaylı göstəricilər üzrə hesablamalara əsaslanır.

Azərbaycan terror təhlükəsi üzrə qeyd olunan sıralamada “0.233” indekslə 2024-cü illə müqayisədə (89) bir reytinq də yüksələrək 2025-ci ildə 90-cı yerdə qərarlaşmaqla, 1-dən 100-dək artan mümkün reytinq həddində dünyada terrorla bağlı ən təhlükəsiz ölkələrdən biri kimi yüksək mövqeyə sahiblənib.

Beynəlxalq akademik institutlar, Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD), Dünya Bankı və digər beynəlxalq təşkilatlarlar üçün istinad mənbəyi kimi çıxış edən “Global Terrorism Index” hesabatları İqtisadiyyat və Sülh İnstitutu (Institute for Economics and Peace - İEP) tərəfindən dövri olaraq açıqlanır.

Azərbaycanda belə təhlükəsizlik səviyyəsinə destruktiv qüvvələrin dini, etnik və digər zəminlərdə pozucu planlarından meşələrdə sığınacaqlar yaradılması cəhdlərinədək, hər cür terror-təxribat həmlələrinin olduğu bir şəraitdə nail olunub.

Tarix
2025.03.17 / 10:47
Müəllif
Axar.az
Digər xəbərlər

Zəngəzur dəhlizinin açılması nəticəsində... - Açıqlama

Ordumuzun mövqeləri yenə atəşə tutuldu

Mnatsakanyan Ohanyan və Sərkisyanı ifşa etdi

Bununla bağlı qərarlar Ermənistanda verilib - Mnatsakanyan

Daha bir ölkə Bakı-İrəvan razılaşmasını alqışladı

Almaniya prezidenti xanımı ilə Azərbaycana gəlir

Suriya və Hizbullah toqquşması: Kim hücum edib?

Prezident Zukan Helezi qəbul etdi - Foto

Əliyev misli görünməmiş qələbə qazandı - Norikyan

İlham Əliyev Valentina Matviyenkonu qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla