Yuxarı

“Laser Beauty” ilə bağlı daha bir sensasion iddia

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Laser Beauty” ilə bağlı daha bir sensasion iddia

“Laser Beauty” klinikası ilə bağlı növbəti sensasion iddia yayılıb.

Axar.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, klinkada həkim kimi fəaliyyət göstərən, ancaq sertifikasiya prosesindən keçməyən Nigar Rüfət adlı şəxsin təhsili haqda yanlış məlumat verdiyi bildirilir.

Qeyd edilir ki, Nigar Rüfətin bioqrafiyasında 2007-2012-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil aldığı göstərilib. Daha sonra - 2017-2021- illərdə isə Kiyev Dövlət Universitetində farmakologiya ixtisası üzrə təhsil aldığı qeyd edilib.

Əslində Nigar Rüfət Kiyev Dövlət Universitetində yox, Kiyev Dövlət Texnologiya və Dizayn Universitetində təhsil alıb, bioqrafiyasında isə tamamilə başqa - daha nüfuzlu universitetin adını göstərib.

Başqa bir məqam isə Nigar Rüfətin təhsil aldığını iddia etdiyi ixtisasla bağlıdır. Hüquqşünas təhsili aldıqdan sonra əczaçı olmaq fikrinə düşən bu xanımın təhsil aldığı ali məktəb daha çox maşınqayırma sahəsi üzrə mütəxəssislər yetişdirməsi ilə tanınır və univeristetin farmakologiya ixtisasında sənaye və istehsalatda çalışmaq üçün mütəxəssislər hazırladığı deyilir. Bu fakültənin məzunlarının həkim kimi fəaliyyət göstərməsinin nə dərəcədə doğru olduğuna isə müvafiq qurumlar qərar verməlidir.

Qeyd edək ki, Nigar Rüfətin adı tibb kadrlarının vahid məlumat reyestrində tibb işçisi kimi qeydiyyatda olmayıb və həkimlərin sertifikasiyası prosesindən keçməyib. Bu, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin apardığı yoxlamalar nəticəsində məlum olub.

Nigar Rüfət həkimlərin sertifikasiyası prosesindən keçmədiyi halda uzun müddət adıçəkilən klinikada qanunsuz olaraq çalışıb və onlarla, bəlkə də yüzlərlə pasiyentə qanunsuz olaraq tibbi xidmət göstərib. Bunun üstü isə yalnız mediada barəsində yazılandan sonra açılıb. Buna baxmayaq, sonradan da klinikada fəaliyyətini davam etdirməsi barədə məlumatlar var.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin bir müddət əvvəl apardığı yoxlamalar nəticəsində “Laser Beauty” Klinikasının filiallarından birində (Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı küçəsi) nöqsanlar aşkar edilib və klinikanın lisenziyasının dayandırılması və ya ləğvi ilə bağlı İqtisadiyyat Nazirliyinə müraciət daxil olub.

Hazırda fəaliyyəti dayandırılmış filiala martın 12-dək nöqsanların aradan qaldırılması üçün müddət qoyulub.

Lakin nazirliyin qərarına baxmayaraq, filial fəaliyyətini davam etdirir. Belə ki, filialda kosmetoloji prosedurlar həyata keçirilir.

Tarix
2025.03.17 / 14:55
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Türkiyəyə yardım edən Sərvərdən danışdı - Video

ABŞ saziş bağladı, geri çəkilir - Türkiyə savaşa girir?

Ermənistandakı qalmaqalla bağlı daha bir bəyanat

Buna görə İlham Əliyevə minnətdaram - Paşinyan

Ermənistandakı bu kampaniya pislənildi - Bəyanat

Bakıdan Fransaya çağırış: Buna son qoyun!

Azərbaycan TDT daxilində fəal mövqeyə malikdir

Ermənistanın Xudavənglə bağlı revanşist mövqeyinə reaksiya...

Bakıda yaxşı deyil, İrəvan və Tiflisdə isə daha pisdir

“Məhsul şəhadətnaməsi haqqında” qanun hazırlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla