Yuxarı

AŞPA-da aktual məsələlər müzakirə olunacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun mədəniyyət, elm, təhsil və media komitəsinin iclasında iştirak etmək üçün mayın 31-dən iyunun 2-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq.

Axar.az Milli Məclisin mətbuat xidmətinə istinadən xəbər verir ki, komitə iclasında bir sıra aktual məsələlərə baxılacaq, media azadlığının, jurnalistlərin çəkiliş aparmaq hüquqlarının və redaktorların müstəqilliyinin qorunması zərurətinə toxunulacaq. İclasda "Hamı üçün idman: inteqrasiya və bərabərliyə doğru körpü", "Gənclər korrupsiyaya qarşı" və digər mövzularda məruzələr dinləniləcək.

Rafael Hüseynov məruzələr ətrafında fikir mübadiləsində, xüsusilə mediaya dair müzakirələrdə yaxından iştirak edəcək.

Müzakirələrdən sonra komitədə təşkilati məsələlər gündəmdə olacaq, yeni məruzəçilər təyin ediləcək.

Tarix
2016.05.28 / 01:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla