Yuxarı

Paşinyan etiraf etdi: Atəşkəsi Ermənistan pozur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Paşinyan etiraf etdi: Atəşkəsi Ermənistan pozur

Ermənistan Baş naziri Nikol Paşinyan sülh sazişinin imzalanması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevə məsləhətləşmələrə başlamağı təklif edərkən, onun sosial şəbəkədəki bir başqa cümləsi də diqqətçəkicidir. Cümlənin birinci hissəsi “sülh sazişini imzalamağa hazıram”, ikinci hissəsi “Müdafiə Nazirliyinə tapşırmışam ki, atəşkəs rejimini pozmasınlar” ifadəsindən ibarətdir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Paşinyan bu sözləri deməklə sübut edir ki, Ermənistan atəşkəsi pozub:

“Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Müdafiə Nazirliyinin Ermənistanın atəşkəsi pozduğu məlumatlarını təkzib etməyə çalışsa da, Paşinyanın “tapşırmışam ki, atəşkəs rejimini pozmasınlar” cümləsi atəşkəsin Ermənistan tərəfdən pozulduğunun açıq etirafıdır. Paşinyan illər öncəki açıqlamasında “Ermənistan ordusunda beşinci kolon mövcuddur” demişdi. Görünür, Paşinyan atəşkəsi pozan həmin beşinci kolonu ordusundan təmizləyə bilmir ki, “atəşkəsi pozmayın” müraciəti ilə çıxış etməli olur”.

Tarix
2025.03.20 / 22:47
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

AKP-nin böyük yanlışı: Bakıya X-də söz atmaq...

İran səfirindən "Səhər Azəri"nin yaydığı görüntüyə reaksiya

Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun

Şövkət Mirziyayev sabah Azərbaycana gəlir

Japarov Azərbaycana gəlir

Bu çox böyük günahdır - Şeyx

İrandan sonra Türkiyə də bu sıraya qoşuldu

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Gəmiyə dron hücumu: Rəsmi Bakıdan açıqlama...

MM bəyanat yaydı: Oqtay Saralın əsassız ittihamları...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla