Yuxarı

Ankara Bakıdan xəbərsiz bu addımı atmayacaq - Kılıç

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Azərbaycanın maraqlarına zidd olan heç bir addım atmayacaq. Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı dezinformasiyalar yayaraq ictimai rəyi manipulyasiya etmək cəhdləri uğursuzluğa məhkumdur.

Axar.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyədəki nümayəndəsi Hulusi Kılıç Azərtac-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə-Ermənistan sərhədində nəzarət-keçid məntəqələrinin açılması ilə bağlı yalan xəbərlərin arxasında Türkiyə ilə Azərbaycan arasındakı birlikdən və sıx əməkdaşlıqdan narahat olan dairələr dayanır:

“Müəyyən media-strukturlarının guya Ankaranın Bakıya xəbər vermədən Ermənistanla sərhədi açması ilə bağlı yalan məlumatları Türkiyə-Azərbaycan qardaşlığına xələl gətirmək məqsədi daşıyır. Türkiyə hakimiyyəti İrəvanla bağlı atılacaq hər hansı addımı Azərbaycanla sıx əlaqələndirir və bu məsələni müzakirə edir”.

Hulusi Kılıç Türkiyə dövlət orqanlarının Azərbaycanla Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlı olduqlarını dəfələrlə bəyan etdiklərini xatırladıb:

“Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması prosesi yalnız Azərbaycanla Ermənistan arasında sülh əldə edildikdən sonra bir nəticə verə bilər. Türkiyənin hakim orqanları bunu dəfələrlə bəyan edib”.

O, həmçinin Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsi yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin (DMM) Suriyaya humanitar yardımın çatdırılması üçün Əlican (Marqara) nəzarət-keçid məntəqəsinin müvəqqəti açılması ilə bağlı məlumatın mətninə istinad edib:

“DMM-in məlumatına görə, fevralın 24-də Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, səfir Sərdar Kılıç Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədovu Ermənistan hakimiyyətinin Suriyaya humanitar yardım göndərmək istəyi barədə məlumatlandırıb. Fevral 26-da isə Ankarada olan Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İrəvanın təşəbbüsü haqqında məlumatlandırılıb. Bütün bunlar Ankara ilə Bakı arasında fəaliyyətin koordinasiyasını bir daha təsdiqləyir”.

H.Kılıç əmin olduğunu bildirib ki, heç kim iki qardaş ölkə arasında münasibətlərə zərbə vurmağa qadir deyil:

“Təklif edirəm ki, Ankara və Bakının bütün düşmənləri Şuşa Bəyannaməsinin mətni ilə bir daha tanış olsunlar”.

Tarix
2025.03.23 / 16:07
Müəllif
Axar.az
Digər xəbərlər

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda...

Anqola lideri İlham Əliyevə zəng etdi

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

İlham Əliyevdən qələbə ilə bağlı paylaşım - Foto

Qələbənin 80-ci ildönümüdür

Bayramov pakistanlı həmkarına zəng etdi

BƏƏ prezidenti İlham Əliyevə zəng etdi

Bayramov Meredovla Xəzəri müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla