Yuxarı

Əli Həsənovdan Xədicə İsmayılla bağlı - Açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Leyla və Arif Yunus, Xədicə İsmayıl və Rauf Mirqədirovun həbsinin Azərbaycan siyasətinə aidiyyəti yoxdur.

Axar.az xəbər verir ki, bunu ANS-in vitse-prezidenti Mir Şahinə müsahibəsində Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin həbs olunması Azərbaycanda vətəndaş cəmiyyətinin və daxili siyasətin normaları və tendensiyaları deyil.

"Azərbaycanda 12 min jurnalist fəaliyyət göstərir və onların böyük əksəriyyəti hakimiyyəti Xədicə İsmayılovadan da sərt tənqid edir, lakin onlar azadlıqda uğurla fəaliyyət göstərirlər. Ölkədə yaşlı əhalini təmsil edən 3.500 QHT var, bir o qədər də gəncləri təmsil edən qeyri-hökumət təşkilatı fəaliyyət göstərir, o cümlədən hüquq müdafiə təşkilatları var, onların rəhbərləri də Azərbaycan hakimiyyətini heç də Leyla Yunus və yaxud digərlərindən az tənqid etmir, amma onlar da azadlıqdadırlar. Yəni 3-5 adamın ayrı-ayrı zamanlarda müxtəlif qanun pozuntularına görə həbs olunması Azərbaycan cəmiyyətinin daxili siyasətinin və vətəndaş normalarının tendensiyası deyil".

Onların həbsdən azad olunmalarını isə Əli Həsənov belə izah edib:

"Cənab Prezident indiyə qədər bu və ya digər hallara görə həbs olunan insanları, böyük humanistlik nümayiş etdirərək, əfv edir. Bunu qətiyyən beynəlxalq aləmin iradəsi və tələbləri ilə əsaslandırmaq olmaz".

Tarix
2016.05.29 / 15:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla