Yuxarı

Köçəryan bizdən üzr istədi, dedi ki, ermənilər əclafdır - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni diasporunun nümayəndələri Ukraynanın Lvov şəhərində ermənilər tərəfindən Azərbaycan idmançılarına qarşı törədilən təxribatlara görə rəsmi şəkildə üzr istəyiblər.

Bu barədə Publika.az-a açıqlamasında Ukrayna Azərbaycanlıları Konqresinin Lvov vilyəti üzrə sədri Məcid Nuxiyev məlumat verib.

M.Nuxiyev deyib ki, mayın 17-də Ukrayna milli polisinin Lvov vilayəti üzrə Baş İdarəsi tərəfindən həmin şəhərdə brifinq təşkil olunub: "Həmin mətbuat konfransı zamanı Lvovdakı erməni diasporunun rəhbəri Nikolay Köçəryan Azərbaycan tərəfindən rəsmi şəkildə üzr istəyib. Hətta Nikolay Köçəryan erməniləri bu hərəkətinə görə əclaf adlandırıb. Brifinq zamanı Nikolay Köçəryan deyib ki, "mən öz əclaflarımıza görə azərbaycanlılardan üzr istəyirəm". Nikolay Koçaryan söz verib ki, oxşar hadisələr təkrarlanmayacaq".

Xatırladaq ki, mayın 13-də Ukraynanın Lvov vilayətində yerləşən "Ukrayna sarayı" idman arenasında kanfu üzrə Azərbaycan və Ermənistan idmançıları arasında təşkil olunan döyüşdə separatçı "Dağlıq Qarabağ Respublası"nın bayrağı dalğanadırılıb. Daha sonra azərbaycanlı idmançılar və azerkeşlərin tələbi ilə həmin bayraq zaldan götürülüb.

Mayın 15-də isə 25-30 nəfərdən ibarət silahlı erməni dəstəsi Azərbaycan azarkeşlərinə qəfil hücum edərək, onlara xəsarət yetirib. Hadisə nəticəsində 6 nəfər azərbaycanlı xəsarət alıb ki, onlardan da ikisinə ermənilər tərəfindən güllə atılıb.

Tarix
2016.06.03 / 21:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla