Yuxarı

General Qasımov Avrokomissiyaya təşəkkür etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
General Qasımov Avrokomissiyaya təşəkkür etdi

İyunun 6-da Bakıda Avropa Komissiyasının dəstəyi ilə Gömrük bəyannamələrinə dair TAIEX Seminarı öz işinə başlayıb.

DGK-dan Axar.az-a verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin müxtəlif strukturlarının əməkdaşlarının iştirak etdiyi seminarın məqsədi gömrük bəyannamələrinə, xüsusilə tətbiq edilən ən son metod və texnologiyalara dair Avropa İttifaqının təcrübəsi barədə məlumat verməkdir.

Seminarda çıxış edən Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Cavad Qasımov göstərilən dəstəyə görə Avropa Komissiyası və ekspertlərə təşəkkürünü bildirərək son dövrlərdə Azərbaycan gömrük sistemində aparılan islahatlar, tətbiq edilən yeniliklərdən bəhs edib, xüsusilə tranzit sistemi barədə Avropa İttifaqının təcrübəsinin öyrənilməsi və tətbiq olunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, iki gün davam edəcək seminarda Bolqarıstan, Slovakiya və İtaliyadan olan ekspertlər - Marian Çodak, Elenka Petrova, Gaytano Sassone, Viktoriya Vassileva "Beynəlxalq hüquqi çərçivə", "Aİ Tranzit sistemi", "Tranzit malların bəyan edilməsi", "Aİ gömrük idxal və ixrac proseduraları", "Elektron bəyanetmə", "Ümumi bəyannamə" mövzularında iştirakçıları məlumatlandıracaqlar.

Tarix
2016.06.06 / 14:17
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Azərbaycanla bağlı bu səhvləri təkrarlamayacam - Paşinyan

Azərbaycanda 4 günlük iş həftəsi... - Detallar

Bakıda forum: Hədəf 8 ölkənin hüdudlarını aşmaqdır - Baş katib

İsrailin Azərbaycan bayrağı yanlışına İranın erməni cavabı

Azərbaycan TDT-ni geosiyasi gücə çevirir...

Şuşada bu evləri 2 minə satırdılar - Erməni bloger

İliyana Yotova Bakıya gəlir

Türk dünyası üçün də mühüm çağırışlar... - Deputat

WUF13 bunun üçün həlledici məqam olacaq

Prezident Anaklaudia Rossbaxı qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla