Yuxarı

Əliyevin Çin səfəri nəyin göstəricisidir? – Rusiyadan baxış

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə bu dövlət səfəri həm geosiyasi, həm də geoiqtisadi baxımdan son dərəcə əhəmiyyətlidir.

Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Mixail Belyayev “Moskva-Bakı”ya Azərbaycan prezidentinin Çinə səfərini şərh edərkən deyib.

“Bu, Azərbaycanın xarici siyasətində son dərəcə mühüm nailiyyətdir, xüsusən də Qlobal Cənub ölkələrinin yeni dünya düzəninin qurulmasından danışarkən diqqət mərkəzində olduğu indiki geosiyasi proseslər fonunda. Qərbdə Çin dünyanın ən güclü dövlətlərindən biri və təhlükə kimi qəbul edilir. Azərbaycanın son illərdə fəal şəkildə Pekinlə münasibətləri yeni strateji səviyyəyə qaldıra bilməsi, bu münasibətləri prioritet istiqamətlərdən birinə çevirməsi bir daha Bakının xarici siyasətinin müdrikliyini, düzgün hesablama və uzaqgörənliyini əks etdirir. Azərbaycanla Çin arasında münasibətlər hazırda ikitərəfli əlaqələr tarixinin ən yüksək mərhələsindədir. Szinpinin Azərbaycan prezidentini Çinə dövlət səfərinə dəvət etməsi çox əlamətdar, əhəmiyyətlidir və Azərbaycanın da Pekinin maraq dairəsində olduğunu göstərir”, - o bildirib.

Belyayev qeyd edib ki, Azərbaycan üçün belə bir səfər, mübaliğəsiz, ölkənin statusunu vurğulayan genişmiqyaslı, mühüm hadisədir:

“Şübhəsiz ki, Azərbaycanın da Çinə təklifləri var. Azərbaycan Çinlə yaxınlaşmaqla beynəlxalq mövqelərini bir daha möhkəmləndirir, dövrün tendensiyalarını dərk etdiyini və bir çox regional deyil, daha qlobal prosesin fəal iştirakçısı olduğunu təsdiqləyir. Geosiyasi kataklizmlər fonunda Azərbaycan son illər fövqəlgüclərlə əlaqələri gücləndirir. 2022-ci ildə Bakı Rusiya ilə Müttəfiq Əməkdaşlıq Bəyannaməsini imzalayıb. 2024-cü ildə Azərbaycan Çinlə Strateji Tərəfdaşlıq Bəyannaməsini imzalayıb. Obyektiv olaraq demək yerinə düşər ki, Azərbaycana müdrik insan rəhbərlik edir. İlham Əliyev Çinə səfəri ilə növbəti dəfə Azərbaycanın gələcəyinə və dünya arenasında mövqelərinin möhkəmlənməsinə ağıllı yatırım etdi. Və bu səfər şübhəsiz ki, diqqət mərkəzində olacaq”.

Tarix
2025.04.23 / 11:35
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Suriya və İsrail Bakıda danışıqlar aparıb - Hacıyev

Təyyarəmizin vurulması: Rusiyadan bunu gözləyirik!

Bakının 1 gündə 2 jestinə Rus Ayısının cavabı: Bu, tarixi şansdır!

Erməniləri Qarabağdan qovmamışıq - Hikmət Haciyev

Zəngəzur dəhlizinə ABŞ şirkətinin nəzarət etməsi...

Ermənistanla Azərbaycan arasında hərbi qarşıdurma...

Azərbaycanlı iş adamları Rusiyanı təcili tərk edir – Səbəb

İlham Əliyev Maldiv liderini təbrik etdi

İran Qarabağın işğalında Ermənistana necə dəstək verib? - Etiraf

Ermənistan sərhədində nüvə təhlükəsi: Partlayış xəbərdarlığı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla