Lüksemburqun Böyük Hersoqu
Anri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik
məktubu göndərib.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti
məlumat yayıb.
"Zati-aliləri
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə
şəxsi rifah, Azərbaycan xalqına isə firavan gələcəklə bağlı ən xoş
arzularımı və təbriklərimi çatdırıram".
***
Nepal Prezidenti Bidya Devi Bhandari Prezindent İlham
Əliyevə təbrik məktubu göndərib.
"Zati-aliləri
Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizi
ürəkdən təbrik edir, Zati-alinizə cansağlığı, Azərbaycan xalqına
tərəqqi və rifah arzulayıram".
***
Rumıniya Prezidenti Klaus İohannis Prezident İlham
Əliyevə təbrik məktubu göndərib.
"Cənab Prezident.
Milli bayramınız – Respublika Günü münasibətilə səmimi
təbriklərimi çatdırmaqdan, Sizə və Azərbaycan xalqına xoşbəxtlik və
firavanlıq arzulamaqdan böyük məmnunluq duyuram.
Rumıniya ilə Azərbaycan bir-birinə ənənəvi dostluq münasibətləri
ilə sıx bağlıdır. İnanıram ki, biz birlikdə Strateji Tərəfdaşlıq
Proqramı və onun həyata keçirilməsi üçün nəzərdə tutulan Fəaliyyət
Planı çərçivəçində bütün sahələrdə Rumıniya və Azərbaycan arasında
əməkdaşlıq imkanlarının hərtərəfli öyrənilməsinə töhfə
verəcəyik.
Cənab Prezident, xahiş edirəm, Sizə olan yüksək ehtiramımı qəbul
edin".
***
Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd
Əşrəf Qani Prezident İlham Əliyevə təbrik məktubu
göndərib.
"Zati-aliləri
Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və qardaş
Azərbaycan xalqına Əfqanıstan xalqı adından və şəxsən öz adımdan ən
səmimi təbriklərimi çatdırmaqdan şərəf duyuram.
Son illərdə ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafı
Əfqanıstan xalqının dərin sevincinə səbəb olub. Ötən ilin
dekabrında Azərbaycana səfərimdən və ölkələrimiz arasında
əlaqələrin və iqtisadi əməkdaşlığın, o cümlədən Lapis Lazuli
Dəhlizi layihəsinin reallaşmasına dair fikir mübadiləsindən
məmnunluğumu bildirirəm. Bu cür təmaslar qardaş xalqlarımızın
mənafeyinə xidmət edir.
Əfqanıstan İslam Respublikası ilə Azərbaycan Respublikasının
qarşılıqlı əməkdaşlıq və dostluq əlaqələrinin genişlənməsini arzu
edir, Sizə möhkəm cansağlığı və müvəffəqiyyət, dost Azərbaycan
xalqına tərəqqi diləyirəm".