Yuxarı

Azərbaycanda 90 məktəblə bağlı qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda 90 məktəblə bağlı qərar

Təmayül tədris modeli tətbiq olunan məktəblərin sayı artırılacaq.

Axar.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov İctimai Televiziyada yayımlanan “Pressinq” verilişində deyib.

Onun sözlərinə görə, təmayül tədris modeli tətbiq edilən bəzi məktəblər yenidən yaradılıb və həmin müəssisələrdə göstəricilər əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşıb.

"Eyni zamanda həmin məktəblərin göstəricilərini yerləşdikləri şəhərin və yaxud rayon mərkəzlərinin ali təhsil müəssisələrinə qəbul göstəriciləri ilə müqayisə etdikdə bu məktəblərin ciddi şəkildə, müsbət mənada fərqləndiyini görürük", - o vurğulayıb.

Bağırov bildirib ki, nəticələrin müsbət dinamikası layihənin əhatə dairəsinin genişləndirilməsi barədə qərar qəbul edilməsinə səbəb olub.

Direktor qeyd edib ki, qısa müddət ərzində daha 90 məktəbin layihəyə cəlb olunması nəzərdə tutulur. Onun sözlərinə görə, bununla bağlı 16 minə yaxın valideyn müraciəti qeydə alınıb və həmin məktəblərdə artıq tədris prosesinə başlanılıb.

E.Bağırov növbəti tədris ilinin sonunda yeni layihəyə qoşulan məktəblərin də yüksək nəticələr göstərəcəyinə ümid etdiyini vurğulayıb.

Tarix
2026.09.19 / 00:35
Müəllif
Axar.az
Digər xəbərlər

İran rejiminin süqutu başlayıbmı?

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla