Yuxarı

Azərbaycanlıları qovdunuz, indi utanmadan Putinə yalvarırsız...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlıları qovdunuz, indi utanmadan Putinə yalvarırsız...

Vitali Balasanyan, yalanlara son qoy! Sən və sənin kimilər onilliklər ərzində "artsax" adından danışaraq əslində yalnız bir işlə məşğul olmusunuz – Azərbaycan torpaqlarını işğal etməklə. Siz beynəlxalq hüquqa görə heç vaxt Ermənistana məxsus olmayan əraziləri zəbt etmisiniz və bunu şəxsi maraqlarınız və siyasi manevrlər üçün etmisiniz.

Axar.az xəbər verir ki, bu fikirləri erməni bloger Natali Aleksanyan Xocalı cəlladı Vitali Balasanyanın Vladimir Putinə yazdığı məktuba münasibət bildirərkən deyib.

“Putinə yalvarmaqla istədiklərinizə nail ola bilməyəcəksiz. Sizin saxta qələbələriniz “arsaxı” qorumaq əvəzinə, onu düşmənçiliyin mərkəzinə çevirdi.

Siz yerli azərbaycanlıları qovdunuz, kəndləri partlatdınız, abidələri məhv etdiniz, evləri yandırdınız və bu gün utanmadan Putinə yalvarırsınız ki, gəlib sizin öz əlinizlə dağıtdığınızı xilas etsin.

Siz xalqın adından danışan insanlar deyilsiniz – siz mafiyasınız, Qarabağı qapalı bir zonaya çevirən quldur dəstələrsiniz. Orada yalnız siz hökm sürə bilirdiniz. Qarabağ heç vaxt sizin şəxsi mülkiyyətiniz olmayıb. Siz onu siyasi alverin, saxta milli ritorikanın və xarici güclərə yarınmağın alətinə çevirdiniz.

Və sonda, dünya yekdilliklə bu torpağın Azərbaycana məxsus olduğunu dedikdə, siz nəinki bu həqiqəti qəbul etmədiniz, hətta bütün erməni cəmiyyətini parçaladınız.

Axırda isə Azərbaycan ərazi bütövlüyünü bərpa edərkən, siz döyüşsüz qaçdınız, xalqı taleyin ümidinə buraxaraq.

İndi göz yaşı tökərək Putinə müraciət edirsiniz, unudaraq ki, Rusiya sizin kimi alətlərdən istifadə edib, sonra kənara atır – Ruben Vardanyan buna bariz nümunədir.

Qarabağ artıq sizin oyuncağınız deyil.

Bu məsələ yalnız Ermənistan və Azərbaycan arasında həll olunacaq – sizin yalançı “qəhrəmanlıqlarınız” olmadan, məktublarınız və hədələriniz olmadan. Xalq artıq həqiqəti görüb və sizin qayıdışınız mümkün deyil”, - Aleksanyan bildirib.

Tarix
2025.05.02 / 13:29
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Bu halda Ermənistana səfər edə bilərəm

Delimitasiya iclasları Ermənistanda ola bilər - Nazir

Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu

Bayramov Suriya ilə münasibətlərdən danışdı

Rusiyadan təyyarə qəzası ilə bağlı Bakıya qeyri-adi məktub

Azərbaycan hər zaman Ukraynanı dəstəkləyib - Bayramov

907-ci düzəlişin tam ləğv edilməsi... - Bayramov

Azərbaycan bu ölkəyə 75 milyonluq yardım edib

Nazir Rus Evi ilə bağlı iddialara son qoydu

AB-nin 10 ölkəsi ilə strateji tərəfdaşıq - Nazir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla