Yuxarı

Ermənilərdən cəbhə bölgəsində daha bir təxribat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni işğalında olan Xaçınçay su anbarının daşması nəticəsində Xaçınçaya su gəlib.

APA-nın xəbərinə görə, torpaqların işğalından sonra ermənilərin qarşısını kəsdiyi çaylara su buraxılıb.

Tərtərin Hüsənli kənd sakini Təvəkkül Məmmədov bildiirb ki, ermənilər Xaçınçay çayına sonuncu dəfə 8 il əvvəl su buraxıb. Son günlər dağ və dağətəyi rayonlara həddindən artıq yağış düşməsi sel yaradıb.

Cəbhəyanı kənd sakinlərinin dediklərinə görə, bu gün fasilələrlə çayda partlayışlar müşahidə edilib. Ermənilərin çaya buraxdığı müxtəlif növ hərbi sursatlar güclü axın nəticəsində daşlara dəyib partlayır. Hazırda Xaçınçayın sağ və sol sahilində yerləşən cəbhə kəndləri üçün təhlükə yoxdur. Yerli sakinlər çaydan götürdüyü su ilə əkin sahələrini suvarmağa çalışır.

Qeyd edək ki, Xaçınçayın uzunluğu 119 km, hövzəsinin sahəsi 657 km2-dir. Çay Qarabağ dağ silsiləsinin Hacıyurd, Uyuxlu, Çiçəkli və Alaqaya dağlarından başlayan bulaqların yağış, qar və yeraltı suların birləşməsindən əmələ gəlir. Çayın üzərində 1964-cü ildə Xaçınçay su anbarı tikilib. 1993-cü ildən Ağdam rayonun ermənilər tərəfində işğal etməsi nəticəsində Xaçınçay çayı və Xaçınçay su anbarının Azərbaycan tərəfindən istismarı mümkün deyil.

Tarix
2016.06.12 / 21:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla