Yuxarı

Saleh Səmədov polisi təhqirə görə həbs edilib - Şok təfərrüat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

9 May – faşizm üzərində qələbə günü İmişlidə keçirilən tədbirdə SSRİ bayrağı qaldırıb, sinəsinə “Georgi lenti” vuran İmişli Ağsaqallar Şurasının sədri Saleh Səmədovun inanılmaz harınlığı ortaya çıxıb.

Axar.az xəbər verir ki, etdiyi əmələ görə İmişli Ağsaqallar Şurasının sədri vəzifəsindən azad edilən Saleh Səmədovun həddən artıq varlı biri olduğu haqda artıq məlumat yayılıb. Onun İmişlidə "Kral Saray" adlı şadlıq sarayı, "Kral" çay evləri şəbəkəsi, uşaq bağçası, çörək sexi, spirt-şirə zavodu, hipermarketi, kolbasa sexi, mal-qara və donuz ferması, eləcə də 20 hektar ərazini əhatə edən istixanası, milyonluq "Rolls-Roys"u olan S.Səmədovun Bakıda da çoxsaylı villaları, market, restoranları və tikinti şirkətinin olduğu vurğulanır.

Səmədov fəaliyyətə fəhləlikdən başlayıb, ali təhsil diplomunu isə 35 yaşında ala bilib. Belə görünür ki, Saleh Səmədov İmişli rayon Rabitə və İşarəvermə stansiyasında anbar müdiri olandan sonra taleyi dəyişib.

Onun hansı savada, necə intellektə sahib olduğu SSRİ bayrağı qaldırması və “Georgi lenti” taxması ilə hər kəsə bəlli oldu. Ancaq S.Səmədovun haqq etmədiyi var-dövlətindən dolayı rayondakı harınlığı haqda redaksiyamıza daxil olan məlumat daha şokedicidir.

Hadisə 4 ay öncə İmişli rayonunda baş verib. Bildirilir ki, S.Səmədov yol hərəkəti qaydasını ciddi şəkildə pozduğu üçün yol polisi tərəfindən saxlanılıb. Yol polisi əməkdaşı ondan sənədlərini tələb edib. S.Səmədov isə həm polisi, həm də rayon polis şöbəsinin rəisi Azər Tağıyevi ağır söyüşlərlə, bir insana, xüsusilə “ağsaqqal” adına yaraşmayan ifadələrlə təhqir edib. Bildirib ki, rayonun rəisi belə onun maşınını saxlatdırmağa cəsarət edə bilməz.

Onun təhqirləri, rayon rəhbərliyi, polis rəisi və hüquq-mühafizə orqanları haqda dediyi nalayiq ifadələr hamısı kamera qeydlərində var.

Saleh Səmədovun harınlığı və bu təhqirlərinə görə İmişli RPŞ-nin rəisi polkovnik Azər Tağıyevin təkidi ilə iş məhkəməyə təqdim edilib və S.Səmədov 30 sutkalıq inzibati qaydada həbsə məhkum edilib.

Həmin vaxt S.Səmədov öz əlaqələrindən maksimum istifadə etməyə çalışıb və polis rəisinə təzyiqlər də etdirib, lakin nəticə əldə edə bilməyib. S.Səmədovun yaxın dostu olduğu bildirilən məşhur deputatlardan biri də işə qarışıb, ancaq o da heç nəyə nail ola bilməyib. Buna baxmayaraq, apellyasiya şikayəti zamanı cəzanın 15 sutkaya salınmasına nail ola biliblər.

Həbs cəzası almağına baxmayaraq, onun cəzasını “çöldə” çəkmək təşəbbüsləri də alınmayıb. Belə ki, İmişli RPŞ-də təmir işləri ilə bağlı S.Səmədov Sabirabad RPŞ-də saxlanılıb. Bu təşəbbüs də rədd edildiyindən, sözügedən deputatın “qisas əməliyyatı” da olub.

Buna baxmayaraq, S.Səmədov 15 günlük cəzasını günə-gün çəkib və yalnız bundan sonra azadlığa buraxılıb.

Bu, S.Səmədovun varına, puluna və əlaqələrinə güvənərək, rayonda harınlıq etdiyi haqda yeganə fakt deyil.

Tarix
2025.05.16 / 12:41
Müəllif
Axar.az
Digər xəbərlər

Xələf Xələfov Murat Nurtelu ilə görüşdü

Əliyevlə Ramanın işçi nahar əsnasında görüşü oldu

İlham Əliyev Albaniyada daha bir tədbirdə iştirak etdi - Foto

Paşinyanın kofe təklifinə Əliyevdən maraqlı cavab - Video

Bakı və İrəvanın sülh sazişi imzalamaq səyləri… - Makron

Ukraynalılar İstanbulda ruslarla tərcüməçi ilə danışır

İlham Əliyev Albaniyada özü ilə bağlı bu ifadəni işlətdi - Video

Albaniyada prezidentlərə sürpriz: İlham Əliyevin salamı... - Video

Ərdoğanın Əliyevlə görüşdə Paşinyana əl jesti… - Video

İlham Əliyev Albaniyada mühüm tədbirdə iştirak etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla