İyunun 14-də Milli Məclisin növbədənkənar iclası
keçiriləcək.
Axar.az xəbər verir ki, iclasda "Kənd təsərrüfatı kooperasiyası
haqqında" və "Elm haqqında" qanun layihələri üçüncü oxunuşda
müzakirə ediləcək.
Bundan başqa, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam
Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və
"Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının
tikintisinin davam etdirilməsi, istismarı, energetika və su
ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında",
"Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası
Hökuməti arasında fövqəladə halların nəticələrinin aradan
qaldırılması, məhdudlaşdırılması və təsirinin azaldılması sahəsində
əməkdaşlıq haqqında", "Azərbaycan Respublikası Hökuməti ilə İran
İslam Respublikası Hökuməti arasında gömrük məsələlərində
qarşılıqlı inzibati yardım haqqında" sazişlərin təsdiq edilməsi
barədə qanun layihələrinə baxılacaq. Həmçinin "Azərbaycan
Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında
elektrik enerjisi satışı haqqında", "Azərbaycan Respublikası
Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Azərbaycan
və İran dəmir yollarının əlaqələndirilməsi haqqında" çərçivə
sazişlərinin, "Azərbaycan Respublikasının Dövlət Dəniz
Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq
Nazirliyi arasında "Dənizçilərin hazırlanmasına, onlara diplom
verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli
Beynəlxalq Konvensiya"nın (əlavələrlə) I/10-cu qaydasına əsasən
sertifikatların (diplomların) tanınması haqqında" Anlaşma
Memorandumunun təsdiq edilməsi, Azərbaycan Respublikasında
Muradxanlı, Cəfərli və Zərdab neft yataqlarının daxil olduğu blokun
bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Zenit Aran Oil Company
Limited və SOCAR-ın Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və
təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun
layihələri müzakirə olunacaq.
Deputatlar "Hərbi vəzifə və hərbi xidmət haqqında", Miqrasiya
Məcəlləsində dəyişikliklər edilməsi haqqında, "Vətəndaşların
müraciətləri haqqında" Azərbaycan Respublikasının 2015-ci il 30
sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi ilə əlaqədar
Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi
barədə, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi
haqqında, "Hərbi qulluqçuların statusu haqqında" Qanunda dəyişiklik
edilməsi, "Prokurorluq haqqında" Qanunda dəyişikliklər edilməsi,
"Ekoloji təmiz kənd təsərrüfatı haqqında" Qanunda dəyişiklik
edilməsi, "Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və
səmərəli istifadəsi haqqında" Qanunda dəyişiklik edilməsi,
"Toxumçuluq haqqında" Qanunda dəyişiklik edilməsi, "Taxıl
haqqında", "Çayçılıq haqqında", "Fitosanitar nəzarəti haqqında"
qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrini də
müzakirə edəcəklər.
İclasda, həmçinin "Dövlət rüsumu haqqında" Qanunda dəyişikliklər
edilməsi, Vergi Məcəlləsində dəyişiklik edilməsi, Mülki Prosessual
Məcəlləsində dəyişikliklər edilməsi, "Prokurorluq haqqında" Qanunda
dəyişiklik edilməsi, "Prokurorluq orqanlarında qulluq keçmə
haqqında" Qanunda dəyişikliklər edilməsi, "Notariat haqqında"
Qanunda dəyişiklik edilməsi, "Daşınmaz əmlakın dövlət reyestri
haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinə
baxılacaq.