Yuxarı

Növbəti erməni yalanı ifşa olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan kütləvi informasiya vasitələrində Moldovanın "TV7" telekanalının çəkiliş qrupunun Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfər etməsi və oradan reportaj hazırlanması barədə xəbəri (https://www.youtube.com/watch?v=ChOSWFbON9w&feature=youtu.be) Azərbaycanın Moldovadakı səfirliyi nəzarətə götürüb və Moldovanın "TV7" telekanalının rəhbərliyinə müraciət edərək, bu faktı araşdırıb.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib: "Moldovanın "TV7" telekanalının rəhbərliyi Azərbaycanın Moldova Respublikasındakı Səfirliyinə məktubla müraciət edərək, yaranmış vəziyyətə görə üzrxahlığını ifadə edib. Belə ki, kanalın rəhbərliyi hazırlanmış reportajın "TV7" telekanalında efirə getmədiyini bildirərək, müvəqqəti olaraq daxili istifadə üçün yalnız videohostinq-də yerləşdirildiyini bildirib. Münaqişəyə münasibətdə müəllifin baxışı ilə kanalın redaksiya siyasəti arasında uyğunsuzluğu əsas götürərək, yekunda kanalın redaksiyası bu verilişi efirə verməkdən qəti imtina edib".

H.Hacıyevin sözlərinə görə, məktubda o da qeyd olunur ki, hazırki süjetin müəllifi və artıq "TV7" telekanalından xaric edilmiş Lyuba Maksim kənar şəxslər üçün qapalı olan video link-i onun işğal olunmuş Azərbaycan ərazilərinə səfərini təşkil etmiş Brüsseldə yerləşən "European Friends of Armenia" erməni lobbi və diaspora təşkilatina göndərib: "Kanal rəhbərliyi məktubunda keçmiş əməkdaşın qeyri-dürüst əməllərinə görə özünü zərər çəkmiş tərəf hesab etdiyini bildirib və bir daha ən səmimi üzrxahlığını ifadə edib".

H.Hacıyev əlavə edib ki, "European Friends of Armenia" təşkilatı isə Ermənistan KİV-ə ilə birlikdə youtube-da yerləşdirilmiş bu video-nu yalandan Moldova televiziyasında efirə getmiş veriliş kimi təqdim etməyə çalışıb. Amma aparılmış araşdırma və kanalın rəhbərliyinin müdaxiləsi nəticəsində bu yalan ifşa olunub. Youtube videohostinqindən də bu video silinib.

Tarix
2016.06.14 / 18:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

Prezident Leonid Kalaşnikovu qəbul etdi

66 konqresmenin Bakıya qarşı qərəzli - Çağırışı

Azərbaycan vətəndaşı oldu, ermənilərə "eşşək" dedi - Video

Şeyx delimitasiyaya xeyir-dua verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla