Yuxarı

Bakı razılıq verdi, EPU İrəvanda olacaq: Əliyev də gedəcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı razılıq verdi, EPU İrəvanda olacaq: Əliyev də gedəcək?

Avropa Siyasi Birliyinin (EPU) 2026-cı il sammitinin Ermənistanda, 2028-ci il sammitinin isə Azərbaycanda keçirilməsi ilə bağlı qərarın açıqlanmasından sonra erməni ictimaiyyətində bu sual müzakirə mövzusuna çevrilib.

EPU-nun gələn il Ermənistanda, üç il sonra Azərbaycanda keçirilməsi qərarı Bakı və İrəvanın bir-birinə qarşılıqlı dəstəyi ilə verilib. Bu qərarı verən Avropanın siyasi elitası Azərbaycan prezidentinin EPU-nun İrəvan sammitində iştirakını istəyə bilər: bu, Avropanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında payının artması və Cənubi Qafqazda mövqelərinin güclənməsi baxımından sərfəlidir;

İlham Əliyevin İrəvana getməsi Paşinyan hakimiyyətinin erməni cəmiyyəti qarşısında müdafiə etdiyi “anti-müharibə tezisləri”ni gücləndirmək imkanlarını artıra bilər. Ermənistan müxalifəti isə belə bir səfərdən hakimiyyətə qarşı təbliğatda istifadə edəcək, xüsusilə sammitin olacağı 2026-cı ildə keçiriləcək seçkilər fonunda. Lakin Paşinyan da bundan seçki kampaniyasında yararlana və 44 günlük müharibədən sonra “anti-müharibə kampaniyası” ilə qazandığı seçki qələbəsini təkrarlaya bilər. EPU-nun 2026-cı il sammitini İrəvana təyin etməklə seçkidə Paşinyanın mövqelərini gücləndirmək istəyən Avropa elitası Azərbaycan prezidentinin mümkün səfərində həm də bu kontekstdə maraqlı ola bilər.

Hərçənd, Əliyevin İrəvan sammitində iştirak edib-etməməsində həlledici rolu Ermənistanla sülh sazişinin taleyi müəyyən edəcək. Ermənistan sammitə qədər Azərbaycanın tələblərini yerinə yetirsə və sülh sazişi Bakının şərtləri çərçivəsində imzalanarsa, Əliyevin İrəvana səfəri istisna edilməməlidir. Əks təqdirdə, belə bir ehtimal olduqca zəifdir. Burada İrəvanın tarixi Azərbaycan şəhəri olması faktı da nəzərə alınmalıdır: Əliyev üçün tarixi torpaqlarımıza Ermənistan üzərində hərbi müstəvidə olduğu kimi, diplomatik müstəvidə də tam qalib kimi daxil olması əhəmiyyətli amildir.

Lakin Paşinyan hakimiyyətinin ən azı seçki amilinə görə EPU-nun sammitinə qədər Azərbaycanın tələblərini tam icra edəcəyi gözləntisi azdır.

Tarix
2025.05.25 / 08:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla