Yuxarı

Araz Əzimov: "Ermənistan bu şəraitdə çıxılmaz vəziyyətdə qalacaq"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Araz Əzimov: "Ermənistan bu şəraitdə çıxılmaz vəziyyətdə qalacaq"

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində hazırda ümumiyyətlə, ya mənfi, ya da müsbət - heç bir dinamika yoxdur".

"Axar.az"ın Trend ə istinadən verdiyi məlumata görə, bunu Xarici İşlər nazirinin müavini Araz Əzimov jurnalistlərə açıqlamasında bildirib.

Nazir müavini deyib: "Ona görə düşünürəm ki, burada söhbət ilk öncə qarşı tərəfin həqiqətən məsələləri həll etməyə hazır olduğundan getməlidir. İkincisi isə Azərbaycan öz mövqeyini süni şəkildə dəyişdirmir. Azərbaycan öz prinsipal mövqeyində qalmaqdadır. Vyana görüşündən əvvəlki və sonrakı mərhələdə də Azərbaycan dövlətinin başçısı prinsipal olaraq öz mövqeyini bəyan etmişdir".

Prezidentlərin növbəti görüşü barədə danışarkən Araz Əzimov bildirib ki, bu barədə heç bir yenilik yoxdur: "Hələlik müzakirə prosesi adlandırılan və prinsipcə ayrı-ayrı görüşlərdən ibarət olan bir proses olduqca nəticə vermir. Lakin Azərbaycan öz mövqeyini bildirərək dəfələrlə bəyan etmişdi ki, biz beynəlxalq hüquq normaları və prinsipləri əsas tutaraq, BMT Təhlükəsilik Şurasının qətnamələrinə uyğun olaraq öz haqqımızı tələb edirik".

A.Əzimov qeyd edib ki, münaqişənin həllinə dair konkret şərait formalaşır: "Yəqin ki, Ermənistan bu şəraitdə çıxılmaz vəziyyətdə qalaraq öz mövqeyini dəyişdirməyə məcbur olacaqdır".

Tarix
2014.02.24 / 10:55
Müəllif
Axar.az
Digər xəbərlər

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla