Yuxarı

TANAP və TAP NATO-da müzakirə ediləcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
TANAP və TAP NATO-da müzakirə ediləcək

Transanadolu (TANAP) və Trans-adriatik (TAP) layihələrinin reallaşdırması məsələsi NATO-un Varşava sammitində müzakirə ediləcək.

ANS-in məlumatına görə, bu barədə NATO-nun enerji təhlükəsizliyi şöbəsinin rəhbəri Mixail Ryule təhlükəsizliyin yeni çağırışları ilə bağlı müzakirələr zamanı deyib.

Mixail Ryule bildirib ki, Azərbaycan qazının Avropaya çatdırılması üçün həyata keçirilən TANAP və TAP layihələri enerji təhlükəsizliyinin təminatı ilə bağlı xüsusi qiymətə malikdir.

"TANAP və TAP Avropanın Rusiya qazından asılılığını aradan qaldırmaq üçün çox əhəmiyyətlidir. Layihə eyni zamanda Avropa və Türkiyə arasında əlaqələrin genişləndirilməsi üçün böyük əhəmiyyətə malikdir".

Ryule müzakirələrin 8-9 iyulda keçiriləcəyini deyib.

TANAP və TAP boru kəmərləri Azərbaycan qazının "Şahdəniz-2" vasitəsi ilə Avropaya çadırılması üçün həyata keçirilən "Cənub qaz dəhlizi" layihəsinin tərkib hissəsidir.

Layihəyə müəyyən dövr ərazində başqa qaz mənbələri də qoşula bilər. Xəzər dənizindən başlayacaq kəmər Türkiyənin qərb sərhədlərindən Avropaya daxil olacaq. Türkiyəyə həmin kəmərlər vasitəsi ilə "mavi yanacaq" 2018-ci ildə yola salınacaq. 2020-ci ildə isə Azərbaycan qazı Avropaya çatdırılacaq.

Tarix
2016.06.22 / 00:08
Müəllif
Axar.az
Digər xəbərlər

TDT müdafiə sənayesi rəhbərləri Bakıda görüşdülər

Putin: İlham Əliyevlə bu mövzuda danışıram - Video

Mandatı alındı, vəzifədən çıxarılır: Abdullayev niyə vuruldu?

Həsənov, Gülər və Çikovani Şuşada... - Foto

Britaniya səfiri İran XİN-ə çağırıldı

Ermənistan büdcəsi 1,4 milyard dollar artır

Yaşar Gülər Xocavənddə - Video

İlham Əliyev Szinpini təbrik etdi

Media savadlılığının artırılması... - İlham Əliyev

Prezident medianın ictimai rəyə təsirindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla