Yuxarı

Peterburqdan detallar: Putin Qarabağın xəritəsini...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Peterburqdan detallar: Putin Qarabağın xəritəsini...

Hadisələrin inkişafı, yeni dünya düzəninin formalaşdırılması ilə bağlı Qərbin cəhdləri göstərir ki, Rusiya yavaş-yavaş geri çəkilməkdədir.

Bu sözlər sabiq dövlət müşaviri Qabil Hüseynlinin Axar.az-a açıqlamasında yer alır. Sankt-Peterburq görüşünün tam məqsədinə nail olmadığını deyən politoloqun qənaətinə görə, Rusiya bununla iplərin tamamilə onun əlində olduğunu və bir növ supergüc kimi müəyyən bölgələrə nəzarət etdiyini sanki Qərbə nümayiş etdirdi:

"Həmsədrlərin görüşün yalnız son raunduna buraxılması, onlara səlahiyyətlərini tam icra etməyə imkan verilməməsi bütün Qərb dünyasına siyasi bir mesaj idi. Putinin bir neçə gün öncə dünyanın taleyinin ABŞ-dan asılı olduğunu etiraf etməsinə baxmayaraq, əslində, bu, Rusiyanın Amerikaya yenidən barmaq silkələməsi və əzələ nümayişidir. Əgər Moskva bu görüşlər silsiləsini belə ağır və istəklərinə uyğun şəkildə apararsa, bu xətt bir yerdə qırılacaq. Çünki Bakı görüş naminə görüş keçirmək fikrində deyil və bütövlükdə Azərbaycanın taleyini həll etmək kimlərəsə tapşırılmayıb. Rusiya Qarabağın iqtidarını tamamilə əlinə almaq prinsipi ilə bu məsələni həll edə bilməz. Görüşün təfərrüatı ilə bağlı bəzi detallar hələ açılmayıb. Yəni diplomatik bəyanat hələ heç nə demək deyil. Söhbət problemin mərhələli, yoxsa paket həll variantından gedir. Moskvanın dərdi ermənilərlə birlikdə Dağlıq Qarabağın statusu məsələsidir. Çox güman ki, danışıqlar bu kontekstdə gedib, ancaq rayonların qaytarılmasının açıq və birmənalı formada vurğulanmaması və bunun yekun nəticədə elan edilməməsi görüşün əhəmiyyətini heçə endirdi".

Politoloq bildirib ki, hazırda əsas vurğu, diqqət tərəflər arasında etimad mühitinin yaradılmasına və böyük sülh sazişinə yönəldilməlidir:

"Rusiya danışıqların gedişi ilə bağlı açıq bəyanat verməli və yaxın vaxtlarda sülh yaratmaq prosesinin yol xəritəsini bəyan etməlidir. Ən azından Azərbaycan ictimaiyyətinə bəlli olmalıdır ki, işğal edilmiş ərazilərimizin azad edilməsinin xəritəsi necə təşkil olunub. Yəni söhbət 5+2 prinsipindən, yoxsa başqa məsələdən gedir. Ermənilərin işğal edilmiş ərazilərimizdən çıxarılmasının dəqiq yol xəritəsini bilməliyik. Əks təqdirdə əlaqələr üzülə, ordu quruculuğa daha ciddi surət ala bilər. Azərbaycan müharibə tərəfdarı deyil. Biz əlverişli beynəlxalq şəraitin yetişməsini gözləyirik. Hadisələrin inkişafı, yeni dünya düzəninin formalaşdırılması ilə bağlı Qərbin cəhdləri göstərir ki, Rusiya yavaş-yavaş geri çəkilməkdədir. Bu prosesdə isə Azərbaycan üçün yeni perspektiv və şanslar açılır. Çox da uzaq olmayan bir vaxtda bunun şahidi olacağıq və o zaman Azərbaycan hökm edən tərəf olacaq".

Qeyd edək ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 20-də Dağlıq Qarabağ probleminin nizamlanması üzrə Sankt-Peterburqda üçtərəfli görüşü baş tutub. Prezidentlər danışıqların dinamik formada davam etdirilməsi barədə razılığa gəliblər. Görüşün yekun bəyanatında atəşkəs rejiminə riayət olunması xüsusi vurğulanıb.

Tarix
2016.06.22 / 09:36
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Sülh sazişinə çox az qaldı - Vilson

Erməni diplomat: Bakı İrəvandan ərazi tələb edə bilər!

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla