Yuxarı

Çavuşoğludan İsrail açıqlaması

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çavuşoğludan İsrail açıqlaması

İsrail şərtlərimizi yerinə yetirsə, səfirimizi göndərib, lazımi addımları atacağıq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, yekun razılaşma üçün İsrail Türkiyədən HƏMAS-la əlaqələri kəsməyi istəməyib:

"Türkiyə ilə İsrail arasında görüşlər davam edəcək. Bizim şərtlərimiz bəllidir. Bunlar yerinə yetirilərsə, səfirimizi göndərib, lazımi addımları atacağıq. Qəzzaya tətbiq edilən blokada ləğv olunmalıdır. Buradakı fələstinli qardaşlarımız çətin vəziyyətdədir. Humanitar yardımlar problemsiz şəkildə Qəzza və Fələstinə çatmalıdır. Yekun razılığın olması İsrailin mövqeyindən asılıdır. HƏMAS məsələsində problem olacağını düşünmürəm. Bizim HƏMAS-la olan münasibətlərimiz heç kimə sirr deyil. Yaxın Şərqdə HƏMAS-sız sülh olmayacaq. İsraillə münasibətlərimizin normallaşması üçün HƏMAS şərti yoxdur".

İyunun 26-da Türkiyə və İsrail rəsmiləri arasında görüş gözlənilir.

Xatırladaq ki, İsrail 2010-cu ilin mayında Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyə gəmilərinə hücum edib və bundan sonra iki ölkə arasında diplomatik münasibətlər dayandırılıb.

Tarix
2016.06.22 / 14:58
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi

Ukrayna Trampın sayəsində dağıdır - Putin niyə susur?

İlham Əliyev Qətər əmirinə başsağlığı verdi

Azərbaycan bu ölkəni təbrik etdi

Ermənistan niyə Azərbaycana qalib gələ bilməz? - ABŞ mediası

Tramp Ankarada Putini çətin vəziyyətə saldı

Xalqımıza and içməliyik ki, istənilən halda... - Əliyev

Tovuz döyüşlərindən 6 il keçir

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına jest - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla