Yuxarı

İlham Əliyev 2 sərəncam, 1 fərman imzaladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

18:33

Prezident İlham Əliyev Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında fərman imzalayıb.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi" təsdiq edilsin (Əlavə 1).

2. Müəyyən edilsin ki, "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətində (bundan sonra – Cəmiyyət) ümumi yığıncağın səlahiyyətlərini aşağıdakı dövlət orqanları həyata keçirirlər:

2.1. Azərbaycan Respublikasının Prezidenti:

2.1.1. Cəmiyyətin Nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi;

2.1.2. Cəmiyyətin İdarə Heyəti sədrinin və onun müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsi;

2.1.3. Cəmiyyətin yenidən təşkili və ləğvi məsələlərinin həll edilməsi;

2.2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.2.1. bu Fərmanın 2.1-ci bəndində və Cəmiyyətin Nizamnaməsinin 7.6.3-cü yarımbəndində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.

3. "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası" təsdiq edilsin (Əlavə 2).

4. Cəmiyyətin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi məqsədi ilə "Elektron hökumət" portalında "Elektron ipoteka" sistemi yaradılsın və 2017-ci il yanvarın 1-dən tətbiq edilsin.

5. "Elektron ipoteka" sistemi aşağıdakıları təmin etməlidir:

5.1. ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin alınması üçün tələb olunan sənədlərin siyahısının və şərtlər barədə məlumatın olmasını;

5.2. ipoteka krediti almaq istəyən şəxsin imkanının ipoteka kalkulyatoru proqramı vasitəsilə ilkin olaraq müəyyənləşdirilməsini;

5.3. ipoteka kreditinin alınması üçün ayrıca olaraq hər bir müvəkkil bank üzrə ipoteka krediti almaq istəyən şəxsin ödəməli olduğu xidmət haqqının, habelə hər bir müvəkkil qiymətləndiricinin xidmətləri üzrə xidmət haqqının məbləğləri barədə məlumatın olmasını;

5.4. ipoteka krediti almaq istəyən şəxsin müvəkkil banka elektron müraciətinin real vaxt rejimində göndərilməsini və qeydiyyata alınmasını, münasib görüş vaxtının təyin edilməsini;

5.5. ipoteka kreditinin alınması üçün tələb olunan və bu Fərmanın 7.2.1–7.2.7-ci yarımbəndlərində nəzərdə tutulmuş məlumatların alınmasını;

5.6. ipoteka krediti almaq üçün müraciət etmiş şəxslərin müvəkkil bank (banklar) tərəfindən vahid və ictimaiyyət üçün açıq olan qeydiyyatının aparılmasını;

5.7. ipoteka krediti almaq üçün müraciət etmiş şəxs üçün elektron kabinetin yaradılmasını;

5.8. ödənişlərin elektron formada həyata keçirilməsi üçün imkan yaradılmasını.

6. "Elektron ipoteka" sisteminin təşkilini və fəaliyyətinin təmin olunmasını Cəmiyyət həyata keçirir.

7. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:

7.1. "Elektron ipoteka" sisteminin "Elektron hökumət" portalına inteqrasiyasını və müvafiq dövlət qurumlarının informasiya sistemlərindən məlumatların bu sistemə ötürülməsi imkanını təmin etsin;

7.2. ipoteka kreditinin alınması üçün tələb edilən, aidiyyəti dövlət qurumlarının informasiya sistemlərində mövcud olan aşağıdakı məlumatların müvəkkil banklar tərəfindən "Elektron ipoteka" sistemi vasitəsilə alınmasını təmin etsin:

7.2.1. ipoteka krediti almaq istəyənin şəxsiyyətini təsdiq edən sənəd üzrə məlumatlar;

7.2.2. ipoteka krediti almaq istəyən şəxsin nikah (və ya nikahın pozulması) haqqında şəhadətnaməsi üzrə məlumatlar;

7.2.3. ipoteka krediti almaq istəyən şəxsin (birgə borcalanın) iş yerini və gəlirlərini təsdiq edən məlumatlar;

7.2.4. ipoteka krediti almaq istəyən şəxsin ailə tərkibi barədə məlumatlar;

7.2.5. vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi;

7.2.6. mərkəzləşdirilmiş kredit reyestrindən məlumatlar;

7.2.7. ünvan reyestrinin məlumatları;

7.3. "Elektron ipoteka" sisteminin təşkilində və fəaliyyətinin təmin olunmasında Cəmiyyətə kömək göstərsin.

8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, Ədliyyə Nazirliyinə, Vergilər Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Əmlak Məsələləri Dövlət Komitəsinə və Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılsın ki, "Elektron ipoteka" sisteminin fəaliyyətinin təşkili üçün Cəmiyyətə kömək etsinlər.

9. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

9.1. "Elektron ipoteka" sisteminin əsasnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

9.2. ipoteka kağızının qeydiyyatı və dövriyyəsinin elektron qaydada təşkili ilə bağlı təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

9.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

9.4. Cəmiyyətin Nizamnaməsinin 7.2-ci bəndinin ikinci cümləsinə uyğun olaraq, Cəmiyyətin Müşahidə Şurasının üzvlərini on gün müddətində təyin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.5. "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nın 3.1.10-cu yarımdəndinə uyğun olaraq, borcalanın (borcalanların) aylıq məcmu gəlirinin hesablanması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin;

9.6. nəzarət zərfi dövlətə məxsus banklar tərəfindən öz vəsaitləri hesabına ipoteka kreditlərinin, "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nın 3.1-3.3-cü bəndlərində müəyyən edilmiş tələblərə uyğun verilməsinin qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində müəyyən etsin;

9.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.8. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

9.9. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

11. "Azərbaycan İpoteka Fondu" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1133) aşağıdakı dəyişikliklər edilsin:

11.1. 3.5-ci bənd aşağıdakı redaksiyada verilsin:

"3.5. Cəmiyyətin ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait, yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə Bakı şəhəri, habelə onun qəsəbə və kəndləri üzrə zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan və təmirli yaşayış sahələrinin alınmasına yönəldilir;";

11.2. 4.5-ci və 4.6-cı bəndlər ləğv edilsin.

12. Cəmiyyət ipoteka kreditləşməsi üçün zəruri olan bütün daxili aktları iki ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

13. "Azərbaycan Respublikasında ipoteka kreditləri sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 16 sentyabr tarixli 299 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 9, maddə 805, № 10, maddə 910; 2007, № 6, maddə 606; 2009, № 3, maddə 163; 2010, № 7, maddə 610), "Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 dekabr tarixli 339 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 12, maddə 1108; 2007, № 1, maddə 8; 2014, № 12, maddə 1583) və "Azərbaycan Respublikasında ipoteka kreditlərinin verilməsi mexanizminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 23 yanvar tarixli 515 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 1, maddə 8, № 5, maddə 457, № 6, maddə 608; 2010, № 2, maddə 80; 2012, № 9, maddə 859; 2013, № 2, maddə 105) ləğv edilsin.

***

İlham Əliyev N.H.Əzizova "Əməkdar dövlət qulluqçusu" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Natiq Həmdulla oğlu Əzizova "Əməkdar dövlət qulluqçusu" fəxri adı verilsin.

19:07

İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Dövlət qulluğunda səmərəli fəaliyyət göstərən aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

Hacıyeva İndira Niyazi qızı

Meybəliyeva Zemfira Seydulla qızı

Məmmədov Əli Həsən oğlu

Mustafayev Nizami Əbülfəz oğlu

Səfərov Nizami Abdulla oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə

Abasov Azim Heydər oğlu

Abbasova Ülviyyə Ağamverdi qızı

Abbasova Svetlana Əhməd qızı

Abdulxalıqov Təbriz Hüseyn oğlu

Abdullayev Nizami İbrahim oğlu

Abdulrazaqov Fuad Rafiq oğlu

Ağahüseynov Ehtimad Sutun oğlu

Ağayev Natiq Yusif oğlu

Ağayev Rövşən Rahib oğlu

Ağayev Rüstəm Ağa oğlu

Ağayev Valid Adıgözəl oğlu

Axundov Fuad Ramiz oğlu

Axundov Xəlil Məhərrəm oğlu

Alıyev Namiq Nurəddin oğlu

Alıyev Vaqif Alı oğlu

Andina Valentina Vitalyevna

Aslanova Cəmilə Kazım qızı

Babayev Sədrəddin Həsən oğlu

Babayev Tofiq Qaffar oğlu

Babayeva Tatyana Vitalyevna

Bağırov Həsən Sədrəddin oğlu

Bağırov Hüseyn Əziz oğlu

Baxışov Elsevər Sabir oğlu

Balabəyov Balabəy Kiçibalı oğlu

Balayev Arif Tofiq oğlu

Baloğlanov Anar Rafael oğlu

Bədəlov Bəyəli Xanəli oğlu

Boyeva Alla Aleksandrovna

Cavadov Tofiq Əvsər oğlu

Cəbrayılov Əliş Cəbrayıl oğlu

Cəbrayılov Rəşad Yasər oğlu

Cəfərov İsrail Fazil oğlu

Cəfərov Vaqif Cəfər oğlu

Cəlilova Şəfəq Xəlil qızı

Çerkaşenko Svetlana Yuryevna

Dadaşov Əli-İsa Əşrəf oğlu

Dadaşov Hacıbala Nadir oğlu

Dünyamalıyev Vidadi Vəli oğlu

Əbdüləzimov Xəqani Nağı oğlu

Əhmədov Faiq Fariz oğlu

Əhmədov Hümbət Əhmədiyyə oğlu

Əhmədov Nizami Məmməd oğlu

Əkbərov Məharət Xalis oğlu

Ələkbərov Fuad Həmid oğlu

Ələkbərov Sadıq Nəriman oğlu

Əliyev Əlibaba Nəcəf oğlu

Əliyev Fəxrəddin Yusif oğlu

Əliyev Hüseyn Yusif oğlu

Əliyev Qafar Məmməd oğlu

Əliyev Rüfət Ənvər oğlu

Əliyev Təhmasib Məcnun oğlu

Əlizadə Azər Əli oğlu

Əmirəliyev Mehman Əli oğlu

Əsədov Elşən Səlim oğlu

Əsgərov Ələkbər Həsənbala oğlu

Əsgərov Rəhim Əsgər oğlu

Əsgərova Natəvan Balağa qızı

Əzənmədov Habil Həsən oğlu

Əzizov Rəşad Fikrət oğlu

Fərəcov Nadir İbrahim oğlu

Fərəməzov Şahid Ələziz oğlu

Fərzəliyev Azər Şamil oğlu

Fətəliyeva Vüsalə Mustafa qızı

Gərayzadə Elman Tofiq oğlu

Hacıyev Aydın Əli oğlu

Hacıyev Cəlil Manaf oğlu

Həsənov Eldar Yusif oğlu

Həsənov İlham Aydın oğlu

Hətəmov Yusifəli Şirincan oğlu

Hüseynov Hilal Qorxmaz oğlu

Hüseynov Ramiz Nobil oğlu

Hüseynov Sabir Hümbət oğlu

Hüseynov Zahid Zülfiqar oğlu

Hüseynova Aygün Fəxrəddin qızı

Hüseynova Könül Şamil qızı

Hüseynova Reyhan Əbil qızı

Xəlilov Kamil Sahib oğlu

İbadov Muradxan Əhmədxan oğlu

İbrahimli Nuriyyə Paşa qızı

İsmayılov Famil Nəcəf oğlu

İsmayılova Dilbər Ramis qızı

Kərimov Afiq Oktay oğlu

Kərimov Beydulla Həbibulla oğlu

Kərimov Sürəddin Mövsüm oğlu

Kərimova Vüsalə Nadir qızı

Qasımov İlqar Salman oğlu

Qasımov Məzahir Qurban oğlu

Qasımova Lalə Xəlil qızı

Qədirov Abil Qərib oğlu

Qəhrəmanov Şahin Məmməd oğlu

Qubatov Rəşad Qubat oğlu

Quliyeva Bəyim Əmirxan qızı

Quluzadə Elnar Mübariz oğlu

Qurbanov Fərman Yusif oğlu

Qurbanov Rafət Misir oğlu

Qurbanov Təvəkkül Kəramət oğlu

Qurbanov Turab Dilsuz oğlu

Mahmudova Pərvin Şərif qızı

Mazanov Kamal Hüseyn oğlu

Məmmədov Elyar Əli oğlu

Məmmədov Ədalət Allahverdi oğlu

Məmmədov Fuad Adil oğlu

Məmmədov Mübariz Hidayət oğlu

Məmmədov Oqtay Umud oğlu

Məmmədov Rais Əmir oğlu

Məmmədova Lətifə Adil qızı

Mənəfov Rəfail Cəfər oğlu

Mənsimov Kazım Bayraməli oğlu

Mirzəyev Rafiq Həbibulla oğlu

Mövlayev Hənifə Musa oğlu

Muradov Nadir Yədulla oğlu

Musayev Orxan Toğrul oğlu

Musayev Vüsal Kərim oğlu

Musayeva Kamilla Rüstəm qızı

Mustafayev Elşən Cəfər oğlu

Mürsəlov Mübariz Mürsəl oğlu

Mürşüdov Asif Əflatun oğlu

Mütəllimova Vəfa Allahverən qızı

Nağıyev Şəmsəddin Kamil oğlu

Namazov Ramid Zakir oğlu

Nəsibova Aybəniz Abbas qızı

Nəsirov Rauf Şamil oğlu

Novruzov Elmar Qəzənfər oğlu

Novruzov Rafiq Novruz oğlu

Nurəlibəyov Əli Hidayət oğlu

Paşa Yaşar Əhməd oğlu

Piriyev Əbülfət Haqverdi oğlu

Rzayev Xaqani İslam oğlu

Rzayev Şahid Şahmar oğlu

Seyid Hacı Mirhəşim Miryaqub oğlu

Seyidov Şəkur Mir Möhsün oğlu

Səfərov Rövşən Tofiq oğlu

Səfərov Yusif Fəxrəddin oğlu

Səmədov Əhməd Səməd oğlu

Şəfiyeva Sevil Həsən qızı

Şərifov Məhəmməd Şirin oğlu

Şirəliyev Firdovsi Əvəz oğlu

Şirinov Rafiq Mirzə oğlu

Tutayuk Fərhad Xaspolad oğlu

Vəlimətova Elmira Eyvaz qızı

Vəliyev Sərvər Yaqub oğlu

Yaqubova Gülşən Fikrət qızı

Yasinov Hikmət Qüdrət oğlu

Yunusov Eldar Əli oğlu

Yunusov Nəciməddin Yunus oğlu

Yusifova Ruhəngiz Siyasət qızı

Zeynalov Hafiz Ziyafət oğlu

Zöhrabova Nigar Yaqub qızı

"Tərəqqi" medalı ilə

Abbasov Səyyaf Əmir oğlu

Bağırova Nərminə Rza qızı

Dadaşov İlqar Burhan oğlu

Dunusov Mühəndis Abdulla oğlu

Əliyev Sahib İbrahim oğlu

Əmiraslanov Rəşid Əhəd oğlu

Əsayev Əsgər Müzəffər oğlu

Əsgərov Əli Əsgər oğlu

Hacıyev Əkbər Kamus oğlu

Hacıyeva Təranə Sabir qızı

Heydərova Lətifə Qubad qızı

Xələfov Vasif Mədət oğlu

Xəlilov İdris Əliş oğlu

İbrahimov Rasim Adil oğlu

İmanov Vaqif Həsən oğlu

Qarayev Mahir Qoca oğlu

Qasımov Böyükbala Soltan oğlu

Quliyev Altun Zülqərneyn oğlu

Qurbanov Nadir Asamudinoviç

Lələyev Elman Əbdüləli oğlu

Məhəmmədov Vaqif Hümbət oğlu

Məmmədova Fatma Məmməd qızı

Məmmədova Xatirə Fərman qızı

Orucov Məhəmməd Zirəddin oğlu

Rəsulov Rəsul İslam oğlu

Rufiyev Əflatun Rufi oğlu

Tarverdiyev Rafiq Abdun oğlu.

Tarix
2016.06.22 / 19:07
Müəllif
Axar.az
Digər xəbərlər

Bayraqdar Azərbaycanda quruğu şirkətdən danışdı - Video

Bakı-Təbriz reysi bərpa oluna bilər - Prezidentlər danışdı

İlham Əliyev Pezeşkianla danışdı

Paşinyan yeni savaşa girdi: əxlaqsız görüntülər yayılacaq?

Xameneinin Trampa ağır cavabı: Sən kimsən ki…

Hikmət Hacıyev bu ölkələrin nümayəndələri ilə görüşdü

Sahibə Qafarova TBMM sədrini təbrik etd

Ukraynanın filmi: Behbudov, Ağdam və işğal... - Video

Qarabağa qarşı olan erməni bu söyüşə görə aparılıb – Video

Bakı Bəyanatı qəbul edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla