Yuxarı

Avstriya FDİN-in ekspertləri FHN-də - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avstriya FDİN-in ekspertləri FHN-də - Foto

İyunun 22-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyində ölkəmizdə səfərdə olan Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin ekspertləri ilə görüş keçirilib.

Axar.az FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, qonaqları səmimiyyətlə salamlayan Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev ölkəmizdə fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər haqqında ətraflı məlumat verib, nazirliyin nümayəndə heyətlərinin müxtəlif illərdə Avstriyaya səfərləri, o cümlədən İnsbruk şəhərində keçirilmiş təlimlərdə iştirakını xatırladıb. O, qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrə mühüm töhfə verdiyini vurğulayıb və Fövqəladə Hallar Nazirliyi üçün Avstriyanın uyğun qurumlarının təcrübəsinin maraqlı olduğunu bildirib.

Avstriya Respublikası Federal Daxili İşlər Nazirliyinin xüsusi əməliyyat eksperti polkovnik Hans Ebner səmimi görüşə görə təşəkkürünü bildirib, ölkəmizdə olacaqları müddətdə yanğından mühafizə, axtarış-xilasetmə üzrə azərbaycanlı həmkarları ilə geniş təcrübə mübadiləsi aparılacağını söyləyib.

Görüşdən sonra qonaqlar FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı ilə tanış olublar.

Səfər çərçivəsində avstriyalı ekspertlər iyunun 26-dək FHN-in qurumlarında olacaq, həmçinin, FHN Akademiyasında seminar keçirəcəklər.

Tarix
2016.06.22 / 19:00
Müəllif
Axar.az
Digər xəbərlər

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla