Yuxarı

Tərtər rayonunda top mərmisi aşkarlandı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tərtər rayonunda top mərmisi aşkarlandı - Foto

İyunun 22-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri bir fermaya, 4 əkin sahəsinə, 9 partlayış yerinə baxış keçiriblər. Tərtər rayonunun Cəmilli kəndində iki partlamamış hərbi sursat - 122 millimetrlik top mərmisinin partladıcısı aşkarlanaraq götürülüb. Gün ərzində 10 min 670 kvadratmetr ərazi minalardan təmizlənib.

ANAMA-nın mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, Füzuli rayonunun Horadiz kəndində 4 əkin sahəsində 4 partlayış yerinə baxış zamanı partlamamış hərbi sursat aşkar edilməyib. Yoxlanılmış ərazi 3170 kvadratmetr təşkil edib.

Ümumilikdə agentlik tərəfindən aprelin 7-dən iyunun 22-dək Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahəyə, 2 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 24 fermaya, əkin sahələrinə və şərab zavodu ərazisinə baxış keçirilib. Ümumilikdə 1544 partlamamış hərbi sursat, piyada əleyhinə 14, o cümlədən 3 "POMZ-2" və tank əleyhinə 8 mina aşkar olunaraq zərərsizləşdirilib.

Hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qruplar minaaxtaran itlərlə təmas xəttinin yaxınlığındakı kəndlərdə evlərin, məktəblərin və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

Tarix
2016.06.22 / 20:18
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və 3 ölkə AB-yə müraciət etdi

Ukrayna Trampın sayəsində dağıdır - Putin niyə susur?

İlham Əliyev Qətər əmirinə başsağlığı verdi

Azərbaycan bu ölkəni təbrik etdi

Ermənistan niyə Azərbaycana qalib gələ bilməz? - ABŞ mediası

Tramp Ankarada Putini çətin vəziyyətə saldı

Xalqımıza and içməliyik ki, istənilən halda... - Əliyev

Tovuz döyüşlərindən 6 il keçir

Prezident bu çıxışını paylaşdı - Video

Zakir Həsənovdan müharibə qəhrəmanına jest - Foto

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla