Yuxarı

İŞİD sıradan çıxsa, balans pozulacaq və İran...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İŞİD sıradan çıxsa, balans pozulacaq və İran...

İsrail hərbi kəşfiyyatının İŞİD-in məğlubiyyəti ilə ölkəsinin ağır duruma düşəcəyini açıqlaması, əslində, təbii qarşılanmalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. Analitikə görə, İsrail Suriyada baş verən münaqişəni, sadəcə, İŞİD faktoru ilə məhdudlaşdırmanın tərəfdarı deyil, həm də bu məsələdə Türkiyə ilə fikirləri üst-üstə düşür:

"Qərbdən fərqli olaraq, rəsmi Ankara da hər zaman İŞİD-i simptom olaraq görüb. Əgər bu ortaq yanaşmada Ankara üçün önəmli məqam Əsəd rejiminə münasibətdirsə, İsrail üçünsə birbaşa İran faktoru ilə əlaqədardır. Vyana razılaşmasından sonra mövqelərini daha da gücləndirən və eləcə də ərəb baharından sonra ətrafında "şiə hilalı" formalaşdıran İran regionda önəmli gücə çevrilməklə İsrailin maraqlarına ciddi təhlükədir. İŞİD-in sıradan çıxması isə faktiki olaraq münaqişə edən tərəflər arasında balansın pozulmasına təkan verəcək ki, nəticədə regionda İran faktoru daha da qabaracaq. Güclərin əsas hədəf olaraq İŞİD-i göstərməsi və faktiki olaraq regiondan çəkildikləri halda İranın Suriyaya buraxılması İsrailin maraqlarına cavab vermir".

Qeyd edək ki, ötən gün İsrailin Hərbi Kəşfiyyat rəhbəri Herzl Halevi fövqəlgüclərin bölgədən geri çəkiləcəyi təqdirdə bunun ölkəsinə ciddi mənada çətinlik yaradacağını bildirib.

Tarix
2016.06.25 / 09:27
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla