Yuxarı

Azərbaycan və Özbəkistanın bu şəhərləri qardaşlaşır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan və Özbəkistanın bu şəhərləri qardaşlaşır

Özbəkistan Prezidenti Şövkət Mirziyayevin iyulun 2-də Azərbaycana səfəri çərçivəsində iki ölkə arasında bir sıra sənədlər imzalanıb.

Axar.az xəbər verir ki, bunların arasında “Sumqayıt şəhəri ilə Daşkənd vilayəti arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol”, “Qəbələ şəhəri ilə Navai şəhəri arasında qardaşlaşma münasibətlərinin qurulması haqqında Protokol” da var.

Səfər çərçivəsində, eyni zamanda, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin “İMKON” reabilitasiya mərkəzli dövlət çoxsahəli ixtisaslaşdırılmış məktəbəqədər təhsil müəssisəsi arasında xüsusi qayğıya ehtiyacı olan uşaqlara xidmətlərin göstərilməsi sisteminin inkişafı sahəsində əməkdaşlıq haqqında Protokol” və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə Özbəkistan Respublikasının Prezidenti yanında Milli Sosial Müdafiə Agentliyinin yanında “International Inclusive Hub” Beynəlxalq inklüziv peşə baza təhsili mərkəzi arasında xüsusi qayğıya ehtiyacı olan uşaqlara, habelə əhalinin sosial cəhətdən həssas qruplarına aid olan şəxslərə xidmətlərin göstərilməsi sisteminin inkişafı sahəsində əməkdaşlıq haqqında Protokol” imzalanıb.

Tarix
2025.07.02 / 18:35
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

Prezidentdən Qarabağa səfərlə bağlı - Video

Bu, türk dünyasının başını ucaltdı - Video

Şərifdən İlham Əliyevə: Sizi səbirsizliklə gözləyirik!

XİN-dən 8 Noyabrla bağlı - Bəyanat

Maohi Nuidə təbii sərvətlər üzərində suverenlik elan olundu

Bu, Bakı-İrəvan əlaqələrinin inkişafı üçün... - ABŞ diplomatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla