Yuxarı

Moskvaya zərbə: Türkiyə-İsrail razılaşması

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-İsrail razılaşması bir çox məsələlərə öz təsirini göstərəcək.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. Onun sözlərinə görə, Türkiyə və İsrail arasında razılaşma sənədinin ratifikasiyası ilə iki ölkə arasında yaşanan böhran həllini tapacaq:

"Təbii ki, bu proses regionda marağı olan ölkələri, eləcə də Rusiyanı narahat etməyə bilməz. İsrail qazının Türkiyə üzərindən Avropaya nəqli birmənalı şəkildə Rusiyanın bu sahədə olan monopoliyasına ciddi zərbə vuracaq. Fələstin məsələsində əldə edilən razılaşma və həmçinin region münaqişələri ilə bağlı mümkün əməkdaşlıq təkcə Rusiyanın deyil, İranın da ciddi narahatlığına əsas verəcək. İran Fələstin məsələsindən hər zaman öz siyasi təbliğatında geniş istifadə edib və bu məsələdə İsrailin əleyhinə ən ciddi təbliğat mexanizmini qurmağa müvəffəq olan tərəfdir. Bu səbəbdən də Türkiyə-İsrail münasibətlərinin normal məcraya qayıtması, siyasi, iqtisadi əməkdaşlıq həm Moskvanın, həm də Tehranın maraqlarına cavab vermir. Əslində, Türkiyə-İsrail razılaşması cox ciddi razılaşmadır və bir çox məsələlərə öz təsirini göstərəcək".

Qeyd edək ki, iyunun 26-da Türkiyə və İsrail arasında münasibətlərin normallaşdırılması istiqamətində iki ölkənin nümayəndə heyətləri İtaliyanın paytaxtı Romada bir araya gəlib.

İki ölkə arasında əldə edilən razılaşmaya görə, "Mavi Mərmərə" olayı səbəbindən İsrail Türkiyədən üzr istəyəcək, gəmidə həlak olan Türkiyə vətəndaşlarına 20 milyon dollar təzminat ödəyəcək, Fələstinə tətbiq olunmuş embarqo yumşaldacaq.

Sənəd ratifikasiya olunandan sonra hər iki ölkənin səfirlərinin fəaliyyəti aktivləşdiriləcək. Bundan başqa, razılaşmada İsrail qazının Türkiyə üzərindən Avropa nəqli də əksini tapıb.

Tarix
2016.06.29 / 08:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ali təhsil və əmək bazarı

Ukrayna müharibəsi bitən kimi Ermənistan çökəcək – Köçəryan

İsrailə qarşı cihad elan olundu

Ankara-Bakı-Tiflis yeni əməkdaşlıq mexanizmi yaradır

Sahibə Qafarova Knessetin sədri ilə görüşdü

İran azərbaycanlı icma sədrini niyə öldürmək istəyib?

Qarabağda mina partlayışı: XİN dünyaya çağırış etdi

Erməni ordusu döyüş hazırlığı vəziyyətinə gətirildi - Sərkisyan

Erməni əsilli şəxslərə dair Türkiyə adından feyk...

Türkiyə ilə bağlı dəhşətli plan: Adı və etnik tərkibi dəyişir…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla