Yuxarı

İstanbul terrorçularının tələfatı artırmaq - Planı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ əvvəlcədən öz vətəndaşlarına terrorla bağlı xəbərdarlıq etmişdi.

Axar.az Hürriyet-ə istinadən xəbər verir ki, ABŞ Xarici İşlər Nazirliyi Türkiyədəki vətəndaşlarına etdiyi terror xəbərdarlığını yeniləyərək onları ehtiyatlı olmağa çağırıb.

Verilən məlumata görə, nazirlik 16 şəhər siyahısı təqdim edərək amerikalılara "diqqətli olun" mesajını çatdırıb.

29 mart tarixində ABŞ Dövlət Departamentinin etdiyi xəbərdarlıqdan sonra Atatürk Hava Limanında törədilən terror çoxsaylı suallara səbəb olub.

Türkiyəni yasa boğan terror aktının necə reallaşdırılıdığı ilə bağlı yeni təfərrüatlar da üzə çıxıb. Belə ki, terrorçuların daha çox insan tələfatına nail olması üçün hansı addımı atdıqları bilinib.

"Yeni Şəfəq" qəzetinin iddialarına görə, terrorçulardan biri X-ray cihazının yanındaykən "bir azdan burda bomba partlayacaq" deyə qışqırıb. Bunu eşidən sərnişinlər qapıya doğru qaçmağa çalışarkən, qapının yanındakı digər terrorçu əvvəlcə onları güllələyib, daha sonra isə bombanı işə salıb.

Bununla yanaşı, terrorun törədildiyi vaxt hava limanı əməkdaşlarının işdən çıxış saatı ilə üst-üstə düşdüyü üçün ölən və yaralı sayı daha çoxdur.

Tarix
2016.06.29 / 12:15
Müəllif
Rəfiqə Əlisəfa
Şərhlər
Digər xəbərlər

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

Xalq başa düşür: problemlərin həlli Bakı ilə... - Danielyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla